Rusiya Hərbi Dəniz Qüvvələrinin əlaçısı

Müəllim həmişə tərbiyəsi,biliyi  ilə həyata vəsiqə verdiyi şagirdlərinin uğurlarına sevinir, keçmiş şagirdlər də öz növbəsində onlara məktəbdə savad verən müəllimlərinə minnətdar olduqlarını ,onların sayəsində yüksək rütbəyə çatdıqlarını unutmurlar,əksinə onlara, yeri gəldikcə minnətdar olduqlarını bildirirlər. Müəllim üçün şagirdlərinin onun zəhmətinə,əziyyətinə verdiyi qiymətdən   yüksək mükafat ola bilərmi? Məncə yox.Əsl müəllim üçün ən böyük mükafat da, səadət də elə  şagirdlərinin ona bəslədikləri  rəğbətidir.

Hərdi Dəniz Qüvvələrinin peşə bayramı  ərəfəsində qərara aldım ki, keçmiş şarirdlərimdən biri ,hal-hazırda Hərbi donanmada xidmət edən Telman Hacıməhəmmədoviç Nurməhəmmədovu peşə bayramı münasibəti ilə təbrik edim. O, mənim ən  nümunəvi şagirdlərimdən idi ,çox tərbiyəli və üzüyola şagird idi. Tapşırılan  işin məsuliyyətini dərk edər,heç vaxt tənbəllik eləməzdi .Baxmayaraq ki, o dərs əlaçısı deyildi,amma çalışardı ki,həmişə dərsə hazırlıqlı gəlsin, sinif yoldaşlarından geri  qalmasın.Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edərdi.

2016-cı ildə məktəbi bitirdikdən sonra o,Sankt-Peterburqdakı Böyük Pyotorun Dəniz Korpusuna daxil olur.Elə həmin il ilk dəfə Böyük Vətən müharibəsinin Qələbəsi  şərəfinə hərbi dəniz paradında iştirak edir.2019-cu il paradında isə Moskvanın Qirmizi Meydanında addımlayarkən tribunada ölkə prezidenti Vladimir Putini görmək ona nəsib olur.2021-ci ildə Telman “Hərbi Dəniz Qüvvələrinin Hərbi Təhsil və Elmi Mərkəzinin Hərbi (donanmasının) institutunun ,Sovet İttifaqı Donanmasının Admiralı N.Q.Kuznetsov adına Hərbi Dənizçilik Akademiyasını müvəffəqiyyətlə bitirərək  leytenant rütbəsi ilə məzun  adını qazanır.Əlavə olaraq diplomda “Telman Hacıməhəmmədoviç Nurməhəmmədov institutu tam xüsusi-hazırlıq proqramı çərçivəsində bitirib “-deyə qeyd olunub.Əlbəttə ki, məktəbdə aldığı bilik, nizam- intizam institutda təhsil aldığı  müddətdə onun üçün faydalı olub, çünki institutda təhsil aldığı bu  müddət  ərzində heç vaxt səhv hərəkətə yol verməyib.İkinci kursda olarkən hətta Moskvada  Hərbi Paradda iştirak edib.Xidmət etdiyi hərbi hissə təlimlər zamanı Dağıstanda da olub və Xəzər Donanması ilə birgə təlimlərdə də iştirak edib.

Donanmada xidmət etmək  bir tərəfdən asan deyil, amma  digər tərəfdən  çox romantikdir.Tez-tez təlimlərdə olursan, uzaq səfərlərə gedirsən,bir sözlə, dünyanın gözəlliklərini öz gözlərinlə görürsən.Beləliklə ,xidmət illərində Telman gəmidə,digər ekipaj üzvləri ilə birlikdə ekvatoru keçib,beynəlxalq dəniz təlimlərinin keçirildiyi  İndoneziyanı da səyahət edib.”Bu təlimlərə, əsasən Avropa ölkələrindən olan 27 ölkənin gəmiləri,dəniz aviasiyası da qatılmışdı- əsasən Yaponiya təyyarələri var idi.Sonra Yeni Qvineyi ziyarət etdik,burada diqqətli olmağımız barədə xəbərdar  edildik,çünki Mikluxo- Maklay dövründən bəri orada heç bir şeyin çox dəyişilmədiyi, hətta adamyeyənlərin əlinə keçə biləcəyimiz belə ehtimal olunurdu.”

“Şri-Lanka və Bali adasında da olmuşam,orada bananı birbaşa ağacdan dərib yeyirdik.Bilirsiniz,kəndli bir oğlanın belə uzaq ölkələrdə olması, oralara baş çəkməsi və  bütün  bu ekzotizmi öz gözləri ilə görməsi əlbəttə ki, böyük uğur və xoşbəxtlikdir.Görünür,təəssüratlarda həddən artıq çox idi.”

Hal- hazırda Telman Nurməhəmmədov ,Arxangelsk vilayətinin Severodvinsk şəhərində xidmətini davam etdirir.Ondan xidmətinin necə getdiyini soruşduqda ,”gəmilərimiz  hazır vəziyyətdədir, sərhəd pozucuları görünəndə- və  bunlar əsasən balıqçı gəmiləri olur,qaydanı pozduğunu və ya dəniz sərhədlərimiz xaricində qovulmağını təmin edirik-deyir. Bu yaxınlarda  Barentsevo dənizində tərəfimizdən bir Amerikalı freqat saxlanılmışdı.”

Telmanın dediyinə görə onun xidmət etdiyi hərbi  hissədə ondan başqa yenə bir neçə Dağıstanlı da var və Arxangelsk vilayətində bir şəhər  həmyerlimiz,İkinci Dünya Müharibəsi dövründə qəhrəmanlıq göstərmiş igid həmyerlimiz ,sualtı qayığın komandiri və Dağıstandan Sovet İttifaqının ilk  qəhrəmanı Maqomed Hacıyevin adını daşıyır.

Şəxsən öz adımdan və qəzetimizin redaksiya heyəti adından Telmanı peşə bayramı-Rusiya Donanması Günü münasibətilə təbrik edirəm,ona asan xidmət,döyüş tapşırıqlarını yerinə yetirməkdə uğurlar və möhkəm cansağlığı arzulayıram.

                                                                                                            Ömərov Q.

                                                                   Rus dilindən çevirəni:N.Rəhim qızı

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *