Kovid ilə mübarizə


2020-ci ilin əvvəllərindən özünü «Koronavirus» kimi dünyaya təqdim edən bu xəstəlik, sözün əsil mənasında sanki cahan ilə müharibə edir. Bu gözə görünməyən düşmənin silahı da, özü kimi gözə görünmür.
Kimsə onun üzünə qapısını açmasa da, o özq-özünə yol tapıb iatədiyi evə qonağ ola bilir. Deyir çağırılmamış qonaq, öz cibindən yeyər. Amma bu elə bir qonağdır ki, onu nə içəri girəndə görə bilirsən, nə çıxıb gedəndə. Bunun məhvi üçün, bütün dünya silah axtarışındadır. Hələ də onun nədən qorxduğunu bilən yoxdur, görünür onun heç qorxusu da yoxdur. Bu qofxusuz və silahı tapılmayan xəstəliyiə Kovid deyirlər, hələ üstəlik o boyda koronanın adını da öz üstünə götürüb. Bəlkə də insan bədəninə tikan kimi bata-bata girməsi də elə, o koronadan götürdüyü uclardır. Insan bədəninə buraxdığı min cür ağrı və zəyiflik insanı haldan-hala salır.
Həmişə dediyimiz kimi, bu gözə görünməyən düşmən ilə mübarizə çox çətindir, o üzdən də ona qarşı özümüz-özümüzü qorumalıyıq. Spirt, antiseptik, masqa, vitaminli qidalar, çoxlu su istifadə etmək lazımdır. Biz tək özümüzü deyil, ətrafımızda olan hər kəsi düşünməliyik. Bütün dünyanı qarşısına alıb, dünya ilə göz-gözə vuruşan bu xəstəlik ilə biz də öz vasitələrimiz ilə mübarizə aparmalıyıq. Koronavirus, Kovid, pondemiya. Artıq bu sözlər hər kəsin əsəbinə səbəb olur, onun adını həyat səhifəmizdən silməyə çalışmalıyıq.
Vaksin vurmaq bilirik ki, bir çox adamların içində qorxu yaradır. Amma bir şeyi unutmamalıyıq ki, biz ondan qorxaraq da özümüzü təhlükəyə atırıq. Kiçik bir öskürəkdən belə həyəcanlanırıq, tez-tez öskürəyi itirmək üçün cürbəcür dərman axtarırıq. Çünki kiçik bir öskürək sandığımız böyüyüb, yekə bir koronaya çevrilə bilir. Odur ki, Kovid klə ürəkli olaraq, qorxmadan mübarizə aparmalıyıq.
M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *