Sağlamlığ yalanla qorunmur


Çoxdandır başımızı özünün görünməz varlığı ilə qatan Koronavirus, bir çoxlarının qazanc məmbəyinə çevrilib. Onu o qədər qiymətini qaldırıblar ki, o özü belə buna inana bilmir. Korona demək olar ki, bir çox həkimlərin şəxsi biznesinə çevrilib. Onun sayəsində varlananlar, qat-qat qazananlar daha çoxdur. İnsan həyatını təhlükəyə salan bu qazanc məmbəyi koronanın əleyhinə, vaksin edilməkdən qorxub imtina edən bəzi insanlar. Onun sertifikatını pulla almalı olurlar, pul da deyəndə məbləği günü gündən yavaş-yavaş qalxan qiymətə.
Belə hadisələrin sonu ağır nəticələrlə yekunlaşacağını bilən həkimlər belə, buna baxmayaraq qazanc məqsədi ilə öz işlərinə davam edirlər. Vaksindən qorxub, sertifikatı pula satın alanların sayəsində. Vaksin vuran insanlar da təhlükə ilə üzləşməli olurlar. Hər insanın canı özü üçün çox şirindir, ona görə də hamı ilk özünü sonra isə ətrafını fikirləşməlidir. Güya vaksini vurmadan alınan o quru kağız, sizi ölümdən mi qurtaracaq? Əksinə, içtimai yerlərdə çalışan adamlar öz doğmalarını ağıf təhlükə ilə üz-üzə qoya bilərlər.
Insanları az da olsa anlamaq olur, onlar min cür şayə eşidib narahat ola bilərlər. Bəs bu kağızı insanların qorxusundan istifadə edib satan «həkimlər» niyə bu hadisənin bu hala gəlməsini belə gücləndirirlər? Bax məni əsil narahat edən də, elə bu sualdır. Axı insanlar həkimlərin dediklərinə gözüyumulu inanırlar. Hər kəsin məlumudur ki, əyər ölüm Allahdan gəlirsə vaksini vuran da, vurmayanlar da ölə bilir əstafurullaf. «Yalan ayaq tutar amma yeriməz» atalar da belə bir məsəl də var, amma bəzi insanlar bunu hələ də dərk edə bilmir. Yalanla bəyəm hər hansı birimiz, doğmalarımızı, ətrafımızı qoruya bilərik mi? Biz bununla başqalarını aldada bilərik, amma özümüzü isə qaçılmaz təhlükəyə atırıq. Bu da sözün əsil mənasında, bizim öz əlimizlə həyatımıza risq etmək deməkdir.
Ətrafa baxsaz görəcəksiniz ki, nə qədər qaydalar qozulur. Bu qaydaları işarə xətrinə etmək lazım deyil, bu qaydalar hər kəsin öz sağlamlığını qorumaq üçündür. Yenə də xatırlatma üçün təkrarlamaq istərdim, adi insanları anlamaq olar, bəs biznesmən «həkimlər»ə nə deməli? Başqasına yalan sənəd verməklə qazandığınız o pul, sizə hansı xeyri verə bilər? Hər hansı bir insan, xəstələnəndə ilk olaraq həkimə müraciyət edir. Həkim əyər bu səhvi edirsə, bəs onda biz kimə inanmalıyıq? Elə bu saxta sertifikatı alanların özləri də, bir az dərindən fikirləşsələr əla olardı. Bu gün sənə, sənin qorxmağından istifadə edib, yalan kağız verən həkimə sabah həkimdir deyə inana biləcəksənmi?
Mən deyim! Özünüzü «həkim»ə deyil HƏKİMƏ etibar edin. Hansı ki, həm özü doğrudur, həm də sözü. Yəni məndən deməsi, sağlamlığınızı dərindən fikirləşmək qalır sizə. Hamınıza can sağlığı arzulayırıq.
M. Seyidov