Yeni tamaşanın primyerası

İnsanlar müxtəlif doğulurlar- kimi alim, kimi müəllim, kimi aktyor. Aktyor sözünü əbəs yerə yazmadım, düzünü desək hər səhnəyə çıxana aktyor və ya müğənni demək olmaz. Çünki bəzən elə “aktyorlar” səhnəyə çıxır ki, səhnə özü-özündən xəcalət çəkir,utanır və adam onlara sənətkar deməkdən çəkinir. Amma elə aktyorlar, sənətkarlar da var ki, onların adlarını hörmətlə, etiramla və böyük alqışla dilə gətirirlər,onlardan qürur hissi ilə danışırlar.

Belə sənətkarlardan, aktyorlardan biri də, Dərbənd şəhər Azərbaycan Dövlət Dram Teatrının aktyoru və gənc rejissoru Hörmıt Aslanovdur. Mən onu rejissor kimi ona görə qeyd edirəm ki, onun ilk işi onun gələcəyinin necə parlaq olacağından xəbər verir. Bəli,bu, gənc rejissor Hörmət Aslanovdur. O, çox gənc olmağına baxmayaraq, teatrda işlədiyi müddətdə bir çox baş rolların qəhrəmanı olub. Onun oynadığı hər hansı bir tamaşa, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. O, öz sənətini mükəmməl və peşəkarcasına təqdim edir. Onun gördüyü hər bir iş özünəməxsus bir xarakter daşıyır. Məsələn, o oynadığı obrazın xarakterini, elə gözəl və möhtəşəm nümayiş edir ki, o rol və səhnədə onun dediyi hər kəlmə xalqın dilinə köçür. Bu da, bu gənc isdedadlı aktyor və rejissorun professionallığını göstərir. Unudulmaz Azərbaycan aktyorları Səyavuş Aslan, Hacıbaba Bağırov, Əliağa Ağayev. Bu və digər unudulmaz aktyorlarımızın oynadığı böyük rollardan əlavə, kiçik bir epizodik rolundan deyimlər yadda qaldığı kimi, Hörmət Aslanovun da, həm səhnədə dediyi söz, həm də onun oynadığı rollar da hər kəsin yaddaşına həkk olunur.

Hörmət Aslanov bir aktyor olaraq oynadığı rollar mükəmməl olduğu kimi, gördüyü hər bir işini də eyni mükəmməlliklə təqdim etməyi bacaran insandır. O, özünü bir aktyor olaraq sınadı və çox gözəl bir aktyor olduğunu yuxarıda qeyd etdiyim kimi təqdim edə bilib. Amma, onun çoxdankı arzusu, bir rejissor olaraq da özünü sübut etmək arzusu var idi. O, bu arzusuna da nail oldu. Aprelin 13-də, onun ilk rejissor işi olan tamaşanın primyerası baş tutdu. O, Elçin Hüseynbəylinin «İmperator» pyesinə quruluş verərək, öz rejissor fantaziyası ilə möhtəşəm bir tamaşa ərsəyə gətirə bildi. Aktyorlarla hərənin öz dili ilə danışaraq, səbr və təmkinlə böyük bir iş gördü. Tamaşada rejissor işinin gözəlliyi, bir başqa aləm idi. Heç kəsin beyninə gəlməyən bir qeyri adi gözəllik yaratmışdı səhnədə. Səhnəyə bərli-bəzəkli dekorasiya, hansısa bir ev əşyasıı gözəllik verməmişdi. Onun fantaziyasından doğan yağış damlaları, qar dənəcikləri və aktyorların səhnə davranışı vermişdi.

Tamaşa, evlərində çalışan nökərlər tərəfindən, müflis olmuş ailəsinin varidatını geri alması nümayiş etdirilir. Ailəsinin əlindən hər şeyini alan və hətda onun sevdiyi qızı alan o kəsin qapısına dilənçi cildində gələn gənc, ailəsinə və özünə aid olanı geri almağı bacarır. Rejissor bu tamaşada bu obrazı, elə bir ustalığla ortaya qoyur ki, tamaşaya baxan tamaşaçı belə, yorulmadan tamaşaya sevərək baxır. Bu onun ilk rejissor işi idi, onu tamaşa öncəsi necə bir həyəcanla vaxtı gözlədiyinin şahidi oldum. Bu cür dərin həyəcana baxmayaraq öz əsəblərinə də hakim olmağı bacaran bu gənc rejissor Hörmət Aslanovun, gələcəyinin daha da parlaq olacağına inanıram.

Azərbaycan teatrının direktoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Firdousi Əskərov: «Mən teatrımızda belə isdedadlı və peşəkar aktyorların yetişməsinə görə, sözün əsl mənasşnda çox şadam. Bu o deməkdir ki, Azərbaycan teatrının parlaq gələcəyi var. Hər bir aktyorun uğuru, sevinci, mənim uğurum və sevincimdir. Xüsusilə demək istərdim ki, Hörmət Aslanov bir aktyor kimi, həm də bir rejissor kimi özünü sübut edə bildi. Bir isdedadlı aktyor kimi, o özünü uzun illərdir ki göstərə bilib. Bu isə onun ilk rejissor işidir, o, bunu da pəşəkarcasına təqdim edə bildi. Bu həm mənim üçün, həm də bütün kollektivimiz üçün böyük uğurdur. Mən həm Hörmət Aslanovu, həm də bu tamaşada iştirak edən aktyorlarımızı ürəkdən təbrik edirəm»-deyə çıxışına yekun vurdu.

Tamaşanı sona qədər böyük zövqlə izləyən Dərbənd şəhər deputatı Susanna Mirzəxanova öz çıxışında: «Mənə deyində ki, bu tamaşanı gənc aktyor və rejissor Hörmət Aslanov səhnələşdirib, mənim üçün bu tamaşa daha da maraqlı oldu. Fikirləşdim ki, görəsən necə bir tamaşa olacaq? Amma tamaşanın elə ilk dəqiqəsindən anladım ki, tamaşada rejissorluq işi profesonallıqla işlənilib. O yağış damlaları, elə hər şeyi deyirdi. Aktyorların gözəl oyunu, tamaşanın insanı özünə cəlb etməyi elə, rejissorun parlaq və professional bir sənətkar olduğunu göstərirdi. Mən Azərbaycan teatrının tamaşalarına tez-tez gəlirəm. Bu mənim teatra, sənətə olan böyük sevgimdən irəli gəlir. Və hər dəfə də, tamaşalardan zövq almışam. Amma bu tamaşa isə, qeyri adi idi. Mən teatrın bütün kollektivinə, başda teatrın direktoru dəyərli insan Firdousi Səftəroviç Əskərov olmaqla, xüsusilə də, bu gənc rejisorumuza uğurlar arzulayıram»- deyə vurğuladı.


Tamaşada baş rollarda Sərxan Səmədov, Mirzəağa Cüm-Cüm və Səidə Süleymanova iştirak edirdilər. Epizodlarda isə Lyudmila Babatova, İzabella Ağayeva və Saladunxan Bədirxanov iştirak edirdi.

Tamaşa bitər-bitməz, tamaşadan çıxan tamaşaçılardan bir neçəsindən, tamaşa oaqqında rəylərini soruşdum. Hər biri böyük zövqlə baxdıqlarını söylədilər. Biri,»Mən tamaşanın sonunda kövrəlmişdim, bir anlıq öz keçmişim gözümün önündə canlanmışdı. Sevgi mal deyil ki, onu pulla satın alasan. O qızın uzun illər, bağlı qapı arxasında yaşamağı məni çox üzdü. Sonda o, öz sevdiyinə yalvarır ki, nə olar məni də apar” , o biri, «Mən sadəcə səhnədə qurulan yağış damlalarına heyran qalmışdım, çünki belə bir şeyi yalnız və yalnız professional insanlar yarada bilərdi. Həm tamaşa, həm aktyorlar çox möhtəşəm idi», üçüncüsü is: «Mən tamaşa boyunca ağladım, çünki orda bir dünyası daralmış gəncin həyatından söhbət gedirdi. Amma sonda haqq, ədalət öz yerini tapması əla oldu. Çox xoşuma gəldi, teatrmıza uğurlar arzularıram»- deyə vurğuladılar.

Bütün bunları, hər kəs söylədi. Mən isə şəxsən öz adımdan, ilk öncə gənc və dəyərli aktyorumuz, artıq rejissorumuz Hörmət Aslanovun bu ilk və uğurlu işi münasibətilə onu ürəkdən təbrik edirəm. Ona gələcəkdə daha böyük əsərlər səhnələşdirmək, böyük səhnələr və uğurlar arzulayıram. Və bu əlamətdar gün münasibətilə bütün kollektivimizi, başda dəyərli direktorumuz Firdousi Səftəroviç Əskərov olmaqla, hamımızı təbrik edirəm. Teatrımıza tezliklə, öz doğma teatr səhnəmizdə tamaşalarını göstərilməyi, uğurlar və nailiyyətlər arzulayıram və bu şeiri, onun uğuruna məndən hədiyyə olaraq yazdım.



BİZİM HÖRMƏT

O Harda olsa belə, itirməyir öz yerin,

Sözü demədən öncə, düşünür dərin-dərin,

Aktyorla öz dilində, danışır şirin-şirin,

Belədir bizim Hörmət.



Hamımıza hörmətlə yanaşır, gülə-gülə,

Danışmayan insanı, sözlə gətirir dilə,

Öz uğur pilləsinə, ucalır pillə-pillə,

Belədir bizim Hörmət.



Hər obrazı bir cürə, yaşadır bu qəhrəman,

Öz işinə dürüstcə yanaşır o hər zaman,

Səhnə ona doğmadır, əzizdir öz canından,

Belədir bizim Hörmət.



Zeynəb deyər min alqış, onun kimi insana,

Belələri çox olsa, səhnəmiz gələr cana,

Öz işinə yanaşır ürəklə, yana-yana,

Belədir bizim Hörmət.