Bayram abu-havası


Havalar gah isti olur, gah da soyuq. Havaların belə dəyişkənliyini insanlar bayramların gəlişinə yozurlar. Ramazan ayında havanın sərin olması hər kəs üçün çox xeyirlidir. Bütün günü oruc tutan insanlar susayır, isti haldan salır. Odur ki, orucluğun aprelə düşməsi də insanların xeyrinə oldu.
Aprel ayından Xristyanların da «Pasxa» bayramı olur, hava sərin, soyuq və küləkli olur. Bunu lap uşağlıqdan eşitmişəm ki, Xaç sudan çıxmamış havalar isinmir. Bu da bir neçə gün çəkir, ona görə hamı havalara görə o günü gözləyir.
Hələ Yəhudilərin də Masa bayramı bu aya təsadüf edir. Onların da bayramı tam bitdikdən sonra, havalar yaya doğru addımlamağa başlayır. Hər dinin öz qayda-qanunu, öz gözəlliyi var. Havaların da dəyişməsi, məhz bu bayramlarla bağlıdır.
Ramazan ayı artıq bitmək üzərədir, bir ayı tam olaraq oruc tutanlar da var, ara-sıra ötürüb tutanlar da var. Bu müddəs ayın nuru, bərəkəti, ruzusu, hörməti bütün insanların evlərinə, süfrələrinə dolsun Amin. Hər dinin öz müqəddəsliyi və saflığı var. Bütün insanlara, hər bir dinin jnsanlarına əminamanlıq, sülh, firavanlıq və xoşbəxtlik arzulayıram.
M. Seyidov