Dağıstanın istedadları


Dağıstan son illər ərzində, bir çox uzaq ölkələrdə şanı və şöhrəti ilə tanınmağdadır. Onun övladları onu həm elmdə, həm idmanda, həm rəssamlığda, həm şairlikdə onun adını böyüm hərflərlə yazmağda davam edir. Dünyada ən müqəddəs sənət, müəllimlik sənətidir. Ona görə ki, müəllim uşağın böyüyüb püxtələşməsində böyüm rol oynayanların ikincisidir. Yəni ilk valideyn ata, ana, sonra isə ən əsas rolu olan müəllimdir.
Müəllim dərs vermək üçün həvaləsinə götürdüyü hər bir uşağın nazını çəkməli, onunla ilk öncə dost olmalıdır. Bax onda, dərs oxumağa meyili olmayan uşağın belə, dərs oxumaq həvəsi böyüyür. Müəllim ilk öncə uşağın xasiyyətini öyrənməli, onunla, onun xarakterinə uyğun münasibət yaratmalıdır. Uşaq psixologiyası çox incə və zərif olur. Müəllim uşağın ürəyində həm məktəbə, həm də dər qarşı isti münasibət yaratmağı bacarmalıdır, belə olan halda heç oxumaq istəməyən uşağın da, oxuma həvəsi oyanır. Bunu hər müəllim adını daşıyan insan edə bilməz, bu münasibət gərək müəllim olan insanın xüsusiyyətində ola. Əyər müəllim evdə öz övladı ilə münasibətini isidə bilirsə, deməli o müəllim çox istedadlı şagird yetişdirə biləcək.
Belə müəllimlərdən biri də, Dərbənd şəhərinin 8 saylı orta təhsil məktəbinin, Rus dili və ədəbiyyatı müəllimi Gülxanım Sədrətdinovna Paşayevadır. Qız soyadı — (Şingarova). Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, onun atası Sədrətdin kkşi şəhər layihəsi üzrə usta idi. Dərbənddə onun rəhbərliyi ilə bir neçə məktəb, uşaq bağçası, qızdırıcıxana, o cümlədən də pedaqoji texnikum və tibb məktəbi tikilib. O, məktəbi bitirdikdən sonra Dərbənd Pedagoji məktəbini və DPK, İvanov Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. Artıq 20 ildir ki, məktəbdə Rus dili və ədəbiyyatı müəllimi işləyir. Dərbənddə anadan olub, elə burada da böyüyüb boya başa çatıb.
O, çox gözəl ürəkli və səbirli bir insandır, onun səbri öz şagurdlərinə gözəl təsir edir. Elə bunun ən gözəl nümunəsi də, bu ilin aprel ayında keçirilən müsabiqədə qözü və şagirdi qalib gəlmələridir. Gülxanum Paşayeva və onun 5-ci sinif şagirdi Nailə Məmmədova Rus dili Nəsr nominasiyası ilə 1-ci yeri tutaraq, 1-ci dərəcəli «Diplom» ilə təltif olunublar. Biz də onları və bütün qalibləri təbrik edərək, sizlərə bu müsabiqənin hansı qaydada keçirildiyini sizlərə təqdim etmək istərdik.


Hər il aprel
ayında Dağıstanın Kaspiysk şəhərinin Təhsil Mərkəzi öz qapılarını “Yaxşı söz ruhu oyatsın…” Ümumrusiya yaradıcılıq müsabiqəsinin qalib və mükafatçılarının üzünə açır. REC-in direktoru, Dağıstan Respublikasının Müəllimlər Assosiasiyasının Prezidenti Anjela Bayrambəyovanın rəhbərliyi ilə «Ürəyinizi xeyirxahlıqla doldurun …» yaradıcılıq işləri layihəsi təqdim edir. Müsabiqənin təşkilatçıları Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi, Dağıstan Respublikasının Müəllimlər Assosiasiyası və Balaca İlman Alipulatov adına “Uşaqlara sabahı bəxş edək” xeyriyyə fondu olub. Tədbir Dağıstanın xalq şairəsi Fazu Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunub. Bu il üç kateqoriya üzrə müsabiqəyə 1300-dən çox yazı təqdim edilib: «Rus dili», «İngilis dili» və «Doğma dil»də. Müxtəlif yaşlarda olan uşaqlar ədəbi janrın ciddi nominasiyalarında — «nəsr»dən «dramaturgiya»ya qədər güclərini sınayıblar. Şagirdləri ilə birgə bu müsabiqəyə hazırlaşan müəllimlər şagirdləri ilə birgə həyəcan və sevinc hissləri yaşayıblar. Axı uşaqlıqdan uşağa kitab sevgisi aşılanırsa, oxumaq həyat üçün mənəvi ehtiyaca çevrilirsə, uşağın ruhu heç vaxt boş olmaz. Uşağ daha çox oxumağa və yazmağa meyillənər. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi Mərkəzin tələbələrinin təqdimatında teatr tamaşaları, musiqi və xoreoqrafik nömrələri ilə müşayiət olunub. Səhnədən Respublika Mərkəzinin direktoru A.B. Bayrambəyova və fəxri qonaqlar tərəfindən qaliblərə və mükafatçılara səmimi təbrik sözləri səslənib. Dağıstan Respublikasının milli siyasət və dini məsələlər üzrə naziri, Enrik Müslümov, “Dağıstan Qadınlar İttifaqı” Regional İctimai Təşkilatının sədri İntizar Mamutayeva,
Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyinin Ümumi təhsil şöbəsinin məsləhətçisi L.D.Arslanbekova, B.İ. Hüseynova, “Dağıstan müəllimi” qəzetinin baş redaktoru, A.İ. Debirova, Dağıstan Respublikası Kiçik Elmlər Akademiyasının direktoru. Tədbirin qonaqları həmçinin “Təhsil və təhsil ocağları” forumu çərçivəsində Dağıstan Respublikasına səfər etmiş Perm şəhər 4 nömrəli liseyin müəllimləri də iştirak ediblər.
Bizlər də, bu istedadlı və gələcəyimizin gözəl və bu günümüzün qalib nümayəndələrimizi, ürəkdən təbrik edirik, onlara gələcəkdə, daha böyük uğurlara imza atmalarını arzulayırıq!
M. Seyidov