Birlik bayram qeyd edildi


Dağıstan abı balaca respublikalar arasında çəkilsə də, özü böyük bir dsnya boydadır. Nə az, nə çox qırx milləti özündə birləşdifməyi bacaran bir dünya. Hər millətin öz adət ən-ənəsi, öz mədəniyyəti, öz doğma ana dili var. Dağıstan, çoxuşağlı bir Anadır. O Ana ki, onun hər zaman adı, mənim qeyd etdiyim kimi, böyük hərflərlə yazılır. Və bu Ananın, hər il böyük bayramı qeyd olunur. «Dağıstan Xalqlarının Birliyi Günü».
Elə bu münvalla da, sentyabr ayının 15-də Dərbənd şəhərinin «Dəniz kənarı» bulvarında Dağıstan Xalqlarının Birlik Gününə həsr olunmuş bayram konserti keçirildi. Bayram münasibətilə keçirilən tədbirdə, bayram konsertində, Dərbənddə fəaliyyət göstərən üç teatr Azərbaycan Dövlət Dram Teatrı, öz rəhbərliyi və artistləri ilə, Ləzgi və Tabasaran teatrlarları da öz kollektivləri ilə çıxış ediblər. Həmin gün şəhərimizdə qonağ olan, Rusiya Qvardiyasının Şimali Qafqaz dairəsinin mahnı və rəqs ansamblı da, öz gözəl konsert proqramı ilə iştirak edib. Milli Birlik Gününün qeyd olunması çərçivəsində Dərbənd Dənizkənarı parkında Dağıstanın çoxsaylı xalqlarını və mədəniyyətini təmsil edən Meydanlar təşkil olunub.
Bayram tədbirini, öz təbrikləri ilə. Dər ənd şəhər dairəsi başçısının müavini, Vidadi Vaqifoviç Zeynalov açıb. «Dağıstan, öz dağları ilə, dağ vüqarlı igidləri ilə. Keçmişi və bu günü ilə hər zaman adı yüksəklərdə çəkilir. Dağıstanın bütün respublikalardan fərüi, onun çox saylı millətləri bir araya gətirib, qardaşlıq və dostluğ ilə yaşatmağı bacarığıdır. Dağıstan, sözün əsil mənasında, övladları onunla qüryr duya biləcəyi bir respublikadır, bir dünyadır. Mən həm öz adımdan, həm də Dərbənd şəhər dairəsinin başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov adından, Dağıstan Xalqlarını, bu qardaşlıq bayramı münasibətilə ürəkdən təbrik edirəm»-deyə, o vurğulayıb. Daha bir təbrik sözü ilə, Dərbənd şəhər dairəsinin Mədəniyyət, İdman, Gənclər siyasəti və turizmin sədri Samilə Nəcəfova çıxış edib. «Dağıstan bizim qürur yerimizdir, Dağıstan bizim doğma anamızdır. Hər il Dağıstanımın hər növ üzrə fenlərdə qalib gelən övladları var, hələ də belə qaliblərimiz gəlməkdədir. Bizim doğma Dərbəndimiz də, Dağıstanın bir parçası olaraq onun başını hər zaman uca edir. Mən də həm öz adımdan, həm bütün kollektivimiz adından, bu birlik və qardaşlıq bayramı münasibətilə, bütün Dağıstan Xalqını təbrik edirəm».


Konsertdə Azərbaycan Dövlət Dram Teatrının artisləri, öz möhtəşəm çıxışları ilə, hər kəsi heyran edib. Teatrın direktoru Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov qeyd edib ki, «Dağıstanın ən mühüm sərvəti burada yaşayan bütün xalqların polifoniyasıdır. Dağıstan öz igid oğulları və mərd qızları ilə hər zaman seçilib. Mən də həm öz adımdan, həm də bütün kollektivimiz adından. Doğma Dağıstanımıza, və bütün dünyaya firavanlıq, harmoniya, uğurlar və başınızın üstündə dinc səma arzulayıram».
Azərbaycan Dövlət Dram Teatrının artistləri Dağıstan Respublikasının əməkdar artistləri Sevda Bəybalayeva, Məhərrəm Ömərov, aktyorlar Şükufə Məlikova, Zeynəb Dərbəndli, Sərxan Səmədov, Osman və Tamilla Mixrabovlar çıxış ediblər. Artistlər rus, Azərbaycan, türk dillərində mahnılar ifa ediblər. Rəsul Qəmzətovun və Nəriman Ağasiyevin şeirlərini səsləndiriblər. Onların çıxışları gözəl rəqs və yallı ilə davam edib.
M. Seyidov