Qonağı olduq


Sentyabr ayının 18-də, dəyərli həmkarım, isdedadlı Tat şairi Peysax Mişiyevin qonağı olduq. Çoxdan idi ki, bizi dəvət etmişdi, amma bu günə təsadüf etdi. Onun ailəsi ilə yaxından tanış oldum, mənkmlə bərabər gedən «Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova və Azərbaycan Dövlət Dram Teatrının aktrisası. Dağıstan Respublikasının əməkdar artisti Rəhilə Ömərova, o ailə ilə çoxdanın tanışları idi, mən isə dəyərli qələm dostumun, həmkarımın evində ilk dəfə idi ki, qonağ olmuşdum.
Bizim Peysax qardaşımız, bizim üçün qəşəng somavar çayı hazırlamışdı, çayı demək olar ki, cürbəcür dadlı otlarla hazırlamışdı. İstiqanlı,, mehriban bir ailə sahibidir Peysax bəy. Bir qızı, bir oğlu var. Hər iki övladı, musiqiyə bağlıdır. Qızı Sofiya məlahətli səsə malik bir sənətkardır, klassik mahnıların mahir ifaçısıdır. Səsində sanki şağraq səsli bulağların ahəngi var, adam dinlədikcə dinləmək istəyir.
Düzdür, onun təqdimata ehtiyacı yoxdur. Amma yenə də bir az sizə, onu tanıdaq.
Peisax Benyagueviç Mişiyev 28/05/1960 Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. Dərbənd şəhərinin 8 saylı məktəbində orta təhsilini alıb, 1977-ci ildə oranı bitirmişdir. Peysax lap uşağlıqdan qeyri adi bir uşağ olub. Çünki o, dünyada yaranan bütün gözəlliklərlə maraqlanıb.
7 yaşından artıq şeir yazmağa başlayıb. 1986-cı ildən «Vətən Soveti» respublika almanaxında şeirləri çap olunur. Sovet Ordusu sıralarında, Baykonur kosmodromunda xidmət edib. Dağıstan yazıçılarının 9, 10 və 15-ci qurultaylarının nümayəndəsi olmuşdur. Onun məşhur mahnılarından biri «Çek zenit hjelqo» (Alqış dostlar) 1988-ci ildə yazılmışdır. O, həm də “Qoryanka”, “Qızıl şüa” mahnılarının müəllifidir. Peisax Benyagueviç Mişiyev 2018-ci ilin fevral ayından Rusiya Yazıçılar Birliyinin üzvüdür. “Xalqlar Dostluğu” medalı ilə də təltif edilmişdir. «İlf və Petrov» Dəmiryolçularının Yaradıcılıq İttifaqında fəal iştirakına görə o, Mahaçkala regional S K Zh D «Semafor» redaktorunun diplomu ilə təltif edilib. O, Dərbənd şəhərində keçirilən bütün tədbirlərdə, fəal iştirak edir. Dostcanlı, mehriban bir insandır və ləyaqətli qələm dostudur.
Biz onun evində qonağ olarkən, onun həyətindəki səliqə məni heyran etdi. Üzüm ağaclarını necə də səliqə ilə əkib becərmişdi. Bir sözlə bu insan həm sözün dilini, həm də bitgilərin dilini əzbər bilən bir şəxsiyətdir. O, öz həyətində bitən bitgilərdən bizə cürbəcür dadlı otlarla çay dəmləyirdi. Bu da insanın hər sahədə olan, fitri isdedadından xəbər verir. Özü isdedad olduğu kimi, övladları da onun isdedadından doğan bəhrələrdir. Ona görə də, qızı Sofiyanın da çox sahəli isdedadı var. Müğənnidir, aktrisadır, psixologdur, yeri gəlmişkən onu da deyim ki, bər-bəzəkli bayram şamları belə hazırlamağı bacarır. Bu isə, atanın övladlarına nümunəvi ata və ləyaqətli ailə başçısı olmağından irəli gəlir.
Biz də, belə bir isdedadlı şair və yazarımıza. Sənətində uğurlar, can sağlığı və həmişə belə gümrah qalmağı arzulayırıq.
Z. Dərbəndli