Gənclər teatrlarının müsabiqə-festivalı başa çatıb

Noyabrın 22-də Mahaçqalada gənclər teatrlarının müsabiqə-festivalı keçirilib.

Dağıstan Respublikasının Mədəniyyət Nazirliyi, “Dağıstan-Konsert” Dövlət Büdcə Müəssisəsi tərəfindən təşkil olunan festival A.P.Salavatov adına Kumık Musiqili Dram Teatrında baş tutub.

Belə bir tədbir respublikamızda ilk dəfədir keçirilir və təşkilatçılar ümid edirlər ki, gənclər teatrlarının müsabiqə-festivalı Dağıstan gəncləri arasında yeni teatr tarixinə yaxşı başlanğıc olacaq.

Tədbir Mahaçqalanın 80-90-cı illərdə mövcud olmuş gənclər teatrları haqqında qısa videoçarxla başlayıb.

Bu gün gənc və istedadlı rejissorlar Aslanov Hörmət Mütəllim oğlu və İbrahim Murtazaliyev və “Cassiopeia” teatrı öz tamaşalarını tamaşaçılara təqdim ediblər.

Yaradıcı birliklərin çıxışlarını aşağıdakılar daxil olan səlahiyyətli münsiflər heyəti qiymətləndirb: M.Qorki adına Rus Dram teatrının rejissoru, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi Marina Karpaçeva; Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, müəllim, Poeziya Teatrının direktoru İzumrud Əliyeva; Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, Poeziya Teatrının yaradıcılıq hissəsi üzrə direktor müavini Ariz Batırova; “Yaxşı əhval-ruhiyyə” xalq teatrının keçmiş üzvü, DDU-nun Ümumi və sosial psixologiya kafedrasının dosenti Sergey Çipaşvili; Dağıstan Respublikasının xalq rəssamı, kiçik formaların heykəltəraşı İslam Şovkrinski.

Festival Dərbənddə Azərbaycan Teatrının artistlərinin ifasında “Gözlərimi yummayacağam” psixoloji dramı ilə açılıb. Yaxşı və şər, bərbad uşaqlıq, həssas uşaq ruhları haqqında təsirli, səmimi, yandırıcı və aktual bir əsər…

DDU-nun tələbəsi Marina Əhmədova fasilə zamanı təəssüratlarını bölüşür: “Biz tamaşaçıların ürəyini oxşayan real görüntülər. — Belə tamaşalardan bir dad var, insanı düşündürürlər. Bu festivala görə təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Şəhərimizdə çoxlu istedadlı gənclərimiz var və bu gün biz bunun bir daha şahidi olduq”.

«Gözlərimi yummayacağam»

(Həqiqi hadisələr əsasında)

   Janr — Psixoloji dram

Tamaşanın müəllifi Aslanov Hörmət Mütəllim oğludur

Quruluşçu rejissor — Aslanov Hörmət Mütəllim oğlu

Aktyorlar: (iştirakçılar):

Cum-Cum Mirzəağa Robertoviç

Ağayeva İzabella Şamsullayevna

Babatova Lyudmila Valeryevna

Mixrabov Osman Həsənoviç

Səmədov Sərxan Xasay oğlu

Musiqi tərtibatı

Süleymanov Murad Süleymanoviç

“İmprovizasiya” nominasiyasında rejissor Aslanov Hörmət və Dərbənddəki “Azartistlər” teatrı qalib olub.

                              Qələmə aldı:  Mirhəmidova S.V

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *