“Zemskiy doktor/feldşer” proqramı davam edir

2022-ci ilin əvvəlindən 134 tibb işçisi “Zemskiy doktor/feldşer” proqramı üzrə respublikanın kəndlərinə işləmək üçün köçüb.

Dağıstanda kənd yerlərində və kiçik şəhərlərdə (50 min nəfərə qədər əhalisi olan qəsəbələrdə) kadr çatışmazlığını azaltmağa yönəlmiş “Zemskiy doktor/feldşer” proqramı işləməyə davam edir.

Həkimlər əmək haqqına əlavə olaraq 1 milyon rubl, çətin əldə edilən yaşayış məntəqələrində isə 1,5 milyon rubl məbləğində birdəfəlik nağd ödəniş alırlar. Feldşerlər üçün «qaldırma» müvafiq olaraq 500 və 750 min rubl təşkil edir. Bələdiyyələrə həm də bu sahədə yeni mütəxəssislərin sosial dəstək tədbirləri ilə təmin edilərək saxlanılmasına köməklik göstərmək vəzifəsi həvalə olunub.

Proqramda hələ də vakansiyalar var. Dağıstan Səhiyyə Nazirliyinin saytında vakansiyaların tam siyahısı verilib.