Qastrollar davam edir


Bizim teatrımız, öz öhtəsinə düşən hər bir işi, uğurla başa vurur. Noyabrın 29-u, Azərbaycan Dövlət Dram Teatrı və Dağıstanın “Kaspiy”Dövtət rəqs ansamblı “Səhnə ustaları” layihəsi ilə Aqul rayonuna qastrol səfərinə gedib.
Qastrol zamanı şən və hərarətli hazırlanmış konsert proqramı təqdim olunub, burada tanınmış estrada və populyar xalq kompozisiyaları ifa edilib və tamaşalardan fraqmentlər, eləcə də xalq rəqsləri nümayiş olunub.
Konsert proqramında Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov, Sevda Bəybalayeva, aktrisalar Şükufə Məlikova, Tamilə Mihrabova, Zeynəb Dərbəndli, Əli Ağalarov, musiqiçilər Nadir Əliyev, Elqar Kərimov, Murad Abduləliyev, Maqsud Maqsudov. «Kaspiy» rəqs ansamblının Rəqqasələri Fəridə Abasova, Yeganə Mahmudova, Zairə Şəmsətdinova və Lalə Hacıyeva.
“Səhnə ustaları Dağıstan xalqı üçün” layihəsi Azərbaycan teatrının əsas məqsədini — öz xalqının adət-ənənələrini və mədəniyyətini teatr sənəti prizmasından birləşdirib sevməyi reallaşdırmağa imkan verir”, — deyə Sevda Bəybalayeva
bildirib.
Konsertin sonunda rayon sakinləri sənət adamlarına gəldikləri üçün təşəkkürlərini bildiriblər və bu cür tədbirlərin uşaqlarımızın mənəvi tərbiyəsi üçün əsas və möhkəm zəmin olduğunu, bu layihənin “Səhnə ustadları Dağıstan xalqı üçün” olduğunu qeyd ediblər. Ən yaxşı ənənələrin, mədəniyyət və incəsənət nümunələrinin qorunub saxlanmasının sübutu olduğu vurğulayıblar. Onu da qeyd etmək istərdik ki, iki saat davam edən konsert də. Artistlərimiz Azərbaycan xalq mahnılarını canlı ifa ediblər. Bu da, Azərbaycan mədəniyyətinin zənginliyindən, uzaq tarixindən xəbəf verir.
Xatırladaq ki, Azərbaycan Teatrı Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin “Səhnə ustalarından Dağıstan sakinləri üçün” layihəsi çərçivəsində baş tutan qastrol proqramını respublikanın ucqar rayonlarında davam etdirir.
H. Aslanov