Dağıstan Azərbaycan dostluğ görüşü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Sergey Melikovu qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının müxtəlif regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurla əməkdaşlıq etdiyini qeyd etdi və bunun Azərbaycan- Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında əlaqələrin 2022-ci ildə də uğurla inkişaf etdiyini vurğulayıb. Bu kontekstdə Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və məhsuldar görüşlərin əhəmiyyətini vurğulayaraq, bu yaxınlarda keçirilən Azərbaycan- Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti xalqlarımız arasında tarixi əlaqələrin əsrlər boyu mövcud olduğunu deyib və indiki mərhələdə əlaqələrin möhkəmləndiyini məmnunluqla qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev Sergey Melikovun ölkəmizə səfərinin Azərbaycan ilə Dağıstan arasında konkret sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Xalqlarımızı qardaşlıq telləri ilə bağladığını deyən Sergey Melikov digər xalqların nümayəndələri kimi azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadığını məmnunluqla qeyd edib. O, Azərbaycana səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. İlham Əliyev, Dağıstan Respublikası başçısının müşaviri Məhəmməd Seyidoviç Qurbanova Azərbaycan Prezidentinin Sərəncamına əsasən, dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə təltif edildiyi “Şöhrət” ordenini təqdim edib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında möhkəm dostluğun müvcudluğu söylənilib.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *