Mahaçqala Hava Limanı bu il sərnişin axınının artacağını gözləyir

Mahaçqala Beynəlxalq Hava Limanı 2023-cü ildə sərnişim axınının 12% artacağını gözləyir

Mahaçqala Beynəlxalq Aeroportu 2023-cü ildə ən azı 2,8 milyon insanı qəbul edəcək.

Bildirildiyi kimi, ötən il hava limanı rekord sayda – 2,5 milyon sərnişin qəbul edib.2023-cü ildə sərnişin axını 12% arta bilər.

“2022-ci ildə yeni marşrutlar, məsələn, Antalya (Türkiyə), Daşkənd, Buxara, Namanqan, Urganç (Özbəkistan), Latakiya (Suriya), İrəvan (Ermənistan) və Ciddəyə (Səudiyyə Ərəbistanı) çarterlər başlayıb”, — Ramazanov bildirib.

O əlavə edib ki, 2023-cü ildə hava limanı uçuşların coğrafiyasını genişləndirməyi və yeni istiqamətlər, o cümlədən Mahaçqaladan Tel-Əvivə (İsrail) ilk birbaşa reys açmağı planlaşdırır.

“Həmçinin Azərbaycan, Belarus, Rusiyada Novokuznetsk, Orenburq, Krasnoyarsk ilə də hava əlaqəsi planlaşdırılır”, — deyə baş direktor vurğulayıb.

Hazırladı: B. Pirməhəmmədov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *