100 illik ömür


İnsan dünyaya gələndə, Allah onun həyatını müəyyən edib ömür yazır. Kimi alim, kimi pinəçi, kimi müəllim, kimi də əli iti qələm tutan şair olur. Şair sözü hər əli qələm tutana yaraşmır, şairin gərək özünün və sözünün kəsəri olsun. Mənim haqqında yazacağım şəxsiyyət, sözün əsil mənasında Şəxsiyyətdir. Dağıstanın Xalq şairi, dahi insan, hər kəlməsi bir məktəb olan Rəsul Həmzətovdur. Rəsul Həmzətov deyəndə, Dağıstanın əzəmətli dağları, şaqqıldayıb axan bulağları, dörd bir yana qol-qanad açıb axan çayları göz önündə canlanır. Onun hər dildə sevilərən oxunan «Durnalar» şeirinə yazılmış mahnısı. Öz xalqına, vətəninə həsr etdiyi şeirlər insana ruh verir. Mən də bir Dağıstanlı şairə olaraq, onun adı ilə fəxr edirəm.
Bugün, bütün dünyada R. Həmzətovun sevilərək anılması, bizim üçün bir Dağıstan Respublikasının vətəndaşı olaraq qürur duyuruq. Axı o bizim adımız, sanımız, şöhrətimiz, şanımızdır. Hər bir ölkə, hər bir respublika istər ki, onun belə dahi şəxsiyyəti olsun. Onun yazdığı şerlər, əsərlər. Bugün xalqın dilində əzbərdir. Həm şeir kimi, həm bir atalar sözü kimi hər kəsin dilindədir. Bu, 2023-cü il, dahi şair Rəsul Həmzətovun 100 illiyidir və bu il Rəsul ili kimi qeyd olunması üçün, Rusiya Federasiyasının Prizidenti V. V. Putin qərar çıxarıb. Və bu da, bir daha Dağıstanın necə bir qürurlu respublika olduğunu sübut edir.
Onun «Mənim Dağıstanım» şeirinə, bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi mahnını, özüm şəxsən ifa etmişəm. Və bu mahnı, həmin andan hər kəsin marağına səbət olub. Onun 4-5 şeirini, doğma Azərbaycan dilimizə tərcümə etmişəm. Onun şərəfinə, xatirəsinə şeirlər həsr etmişəm. Onun üçün nə yazsa da, nə qədər yazsa da yenə azdır. Adam onun üçün yazdığı yazını, heç düşünmədən yaza bilir.
Rəsul Həmzətov qeyri adi bir insan olub, onun dünyaya gəlişi belə, öz doğma Sada kəndinə gəlişi ilə şənlik gətirib. Uşaqlığdan bəri öz tay-tuşlarının arasında özünü müdrik göstərə bilən Rəsulun, böyüyüb Dağıstanın adını belə ucaldacağını kim bilə-bilərdi. Onun hər bir əsəri, bir böyük dastana bərabərdir. Bugün, onunla haçansa iki saniyəlik üz-üzə gələn hər kəs, onu yaxından gördüyünə görə şərəf duyur. Bugün hər kəs şairin xatirəsini yad edərək, şərəfinə kimi şeir, kimi həkayə yazmağdadır. Mən də bir dağlar yurdum Dağıstanımın qızı olaraq şairin şərəfinə bir neçə şeirini tərcümə edib, adına şeirlər yazmışam. O şeirlərdən birini, bugün bu yazımda əks etdirmək istəyirəm.

Rəsul Həmzətovun xatirsinə

Bugün biz fəxr edirik,
Rəsul Həmzətov ilə.
Onun şeiri, sözü,
Süzülür dildən-dilə.

Anasına mehriban,
Atasının dayağı.
Kəndinə şöhrətiylə,
Düşər oldu ayağı.

Şeiri, sözü dərin,
O böyük ustad oldu.
Böyük əməlləriylə,
Dağıstana ad oldu.

Atalar yaxşı deyib,
Nər ölər, adı qalar.
Mən də çox sevinirəm,
Belə xəzinəmiz var.

26.01.2023.

R. Həmzətov, öz dövrünün böyük şəxsiyyəti, dahi oğlu və ustad şairidir. Onu oxuyan hər kəs, onun əsərlərindən kəlamlar götürür. Məsəlçün,
«Əyər sabah dilim öləcəksə, mən bugün ölməyə hazıram» sözü, hər bir insanın yaddaşına həkk olub. Rəsulun bu sözü, dilini, xalqını sevən hər kəsə bir məktəbdir. Dili, mədəniyyəti olmayan xalq, özü də yox kimidiir.
Deyirlər insan dünyaya gələndə, ona verilən addan da çox şey asılıdır. «Ad var adama düşər, ad var adamı düşürər». Bu məndən bir məsəl. Dahi Rəsul Həmzətov dünyaya gələndə, dediyimiz kimi kənddə toy-bayram, şənlik olub. Atası Həmzət kişi də, oğlunun doğum şərəfinə, qurbanlar verir. Adını da, Allahın Rəsulu Peyğəmbərimiz Məhəmməd Əleyhəssəlamın adını verir Rəsul. Bəlkə də şairin xoşbəxtliyi də, elə bunda idi. R. Həmzətov da adı və sözünün kəsəri ilə dünyaya səs salır və tanınır. Tanındığca da, sevilir. Şair haqqında çox yazmaq olar, mən də öz növbəmdə şairi belə yad etdim. Ruhu şad olsun.
Şairin xatirəsinə, böyük hörmətlərimlə. Rusiya və Azərbaycan Yazıçılar Birliyin sözü, nəğməkar şairə və Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli.