Ən xoş arzularımla


Dünyada ən gözəl və şirin olan can sağlığıdır. Can sağlığı, bir də sülh və əminamanlıq varsa, deməli hər şey öz qaydasındadır. Mən də öz növbəmdə, xalqımızq can sağlığı, sülh və əminamanlıq arzulayıram. Arzu edirəm ki, körpələrimizin gözlərində ata, ana həsrətindən yaş olmasın. Uşağlar xoşbəxt və firavan böyüsünlər. Çünki onlar bizim gələcəyimizdir, onları dünyaya sevgi ilə böyütmək isə, biz böyüklərin borcumuzdur. Qoy ölkələrimiz araslnda sülh olsun, heç bir ana övlad acısını dadıb ağlamasın. Dünya göydən, sülh şəfəqləri səpələnsin, dünyamız salamat olsun. Artıq 2022-nin son dəqiqələrini yaşayırıq. Onu deyə, gülə yola salaq ki, gələn ili də deyə, gülə qarşılamaq nəsibimiz olsun. Əziz xalqım, sizləri qarşıdan gələn yeni 2023-cü ilin gəlişi münasibətiylə, ürəkdən təbrik edirəm. Bayramınız mübarək!
Bela Bilalovna