12   Dağıstanlı- Rusiya  Qəhrəmanı ! Bunlar bizim soydaşlarımızdır!

Bir daha bütün ölkə Dağlar diyarının adi oğlanlarının cəsarətinə, şücaətinə və fədakarlığına heyran qalır.

 

Baş leytenant Müslümov avanqardda hərəkət edərək, irəliləyən rus bölmələrinə qarşı artilleriya atəşinin tənzimləndiyi düşmən müşahidə məntəqəsini aşkar edərək, düşmənə hücum etmək qərarına gəlir. O, atəş açıb, düşmən gözətçilərini məhv edir və Ukrayna yaraqlılarının möhkəmləndirilmiş mövqelərinə növbəti hücuma keçir.

 

Dağıstanlıların peşəkar hərəkətləri sayəsində rus bölmələri düşmənin müdafiəsini vacib taktiki istiqamətdə yarırlar və ən əsası,   ağır itkilərin qarşısını alırılar.

 

Yaxın  günlərdə  ona “Qızıl Ulduz”u Rusiyanın müdafiə naziri Andrey Belousov təqdim edib.

 

Həmyerlimizin şücaətinin ən yüksək səviyyədə tanınması münasibətilə Müslümü, onun ailəsini və bütün dağıstanlıları ürəkdən təbrik edirəm!

 

Mən 12 Rusiya Qəhrəmanının Vətəni olan respublikanın rəhbəri olduğum üçün fəxr edirəm!

 

Müslümovun hekayəsi əsl vətənpərvər hekayəsidir. Xüsusi hərbi əməliyyatın  başlanğıcından,  2022-ci ilin martından Rusiyanın maraqlarını müdafiə edərək cəbhə xəttində olub. Qardaşının  xüsusi  hərbi  əməliyyatda  faciəli şəkildə ölümü onun daha qətiyyətli addımlar atmasına təkan oldu. Vətənini qorumaq arzusu onu sürətləndirilmiş zabitlər kursuna yazılmağa vadar etdi və burada hərbi rəhbər kimi müstəsna qabiliyyət və istedad nümayiş etdirdi.

 

Artıq 2023-cü ilin iyununda Müslümov insanlara rəhbərlik etmək bacarığını nümayiş etdirərək tağım komandiri vəzifəsini alır. Qısa müddət ərzində o, tabeliyində olanları qəhrəmanlıqlara ruhlandırmağa qadir olan istedadlı komandir kimi özünü təsdiq etdi. Gördüyü yüksək xidmət nəticəsində altı ay ərzində ona vaxtından əvvəl leytenant hərbi rütbəsi verilib və rotaya komandirlik həvalə edilib.

Müslümovun qəhrəmanlığını əks etdirən əsas epizodlardan biri də hücum əməliyyatları zamanı baş verib. Avanqardda hərəkət edərək ərazidə kəşfiyyat aparan leytenant irəliləyən rus qoşunlarına artilleriya atəşini tənzimləyən düşmən müşahidə məntəqəsini aşkar edir. Müslümov geri çəkilmək əvəzinə hücuma keçmək qərarına gəlir. O,  başdan- başa son dərəcə ehtiyatla və məharətlə  hərəkət edərək, sakitcə düşmənin müşahidə məntəqəsinə yaxınlaşır  və qəfil atəş açaraq bütün gözətçiləri məhv edir. Yaranan əlverişli mövqedən istifadə edən leytenant Müslümov ukraynalı yaraqlıların möhkəmləndirilmiş mövqelərinə növbəti hücumun rəhbərliyini öz üzərinə götürür.

Onun qətiyyətli hərəkətləri ən qısa müddətdə körpübaşını ələ keçirməyə imkan verdi ki, bu da batalyon taktiki qrupunun əsas qüvvələrinin döyüşə daxil olmasını və irəliləyişini  təmin etdi.

Müslümov rotaya komandanlıq etdiyi bir ay ərzində ukraynalı yaraqlıları səkkiz  möhkəmləndirilmiş istehkamdan darmadağın edərək, təkcə taktika ustalığı deyil, həm də inanılmaz cəsarət və qətiyyət nümayiş etdirdi.

 

Onun cəsarəti və fədakarlığı sayəsində rus bölmələri mühüm taktiki istiqamətdə düşmənin müdafiəsini dərindən yarıb, düşmən ordusunun canlı qüvvəsi və texnikası  xeyli itki verib.