Fevralın 26-da Dərbənddəki 20 saylı məktəbdə şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyev yerli parlamentin deputatları və şəhər İctimai Palatasının sədr müavini Seyran Rəhimovla birgə Rusiya Federasiyası Prezidentinin qarşıdan gələn seçkilərinə hazırlıq çərçivəsində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən Seyran Rəhimov vətəndaşlıq borcunu yerinə yetirməyin vacibliyini qeyd edərək, son illər təkcə Rusiyada deyil, Dərbənddə də baş verən müsbət dəyişiklikləri diqqətə çatdırıb. “Hər bir ünvanda seçicilərə seçkilərlə bağlı məlumat veriləcək. Dəvətnamələr hər evə, hər mənzilə çatdırılacaq”, — deyə o, iclasa gələnlərə məlumat verib. Məktəbin direktoru Dilarə Abiyeva vurğulayıb ki, martın 7-dək 20 saylı məktəbdə seçki məntəqəsinə təyin edilmiş hər kəsə Rusiya prezidenti seçkilərinin keçirildiyi barədə məlumat veriləcək.
Həsən Mirzəyev seçicilərə müraciət edərək hər kəsi fəal vətəndaş mövqeyi tutmağa çağırıb: “Biz seçki məntəqələrinə gedib səs verməliyik, çünki gələcəyimiz dövlətimizə kimin rəhbərlik edəcəyindən asılıdır”, o qeyd edib.
Tədbirin sonunda iştirakçılar xüsusilə S.Drojin küçəsinin abadlaşdırılması ilə bağlı suallarını verdilər. Kommunal Təsərrüfat İdarəsinin rəisi Rüfət Əliyev bu məsələ ilə bağlı lazımi açıqlamalar verib, eyni zamanda küçənin yenidən qurulmasına bu ilin mart ayından başlanılacağını əmin edib.