4 saylı məktəbdə Ana dilinə həsr olunmuş tədbir keçirilib


2023-cü il fevralın 20-də Dərbənd şəhər 4 saylı tam orta məktəbində Beynəlxalq Ana Dili gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri Azərbaycan dili müəllimləri İsayeva Səlimə Əlibala qızı,Seyidova Dilarə Fərhadovna,Babayeva Nəzirə Rafiqovna və tabasaran dili müəllimləri İbrahimova Kaxrabat Maqomedşafiyevna və Ramazanova Razida Nazirovna hazırlamışdılar.

Tədbirdə ibtidai sinif şagirdləri,5-ci,6-cı,7-ci və10-cu sinif çox fəal iştirak etdilər.
Şagirdlər Azərbaycan, tabasaran və rus dillərində ana dili haqqında şerlər söylədilər,mahnılar oxudular, atalar sözləri və bayatılar danışdılar.
Dil haqqında səhnəcik göstərildi.
Tədbirin sonunda Səlimə müəllimə və Dilarə müəllimə Dağıstan xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyinə həsr etdikləri müəllif şerlərini oxudular.


Tədbirdə məktəbin direktoru Heydər Təlhətoviç,dərs hissə müdirləri Maida Əlibəyova,Naida Tahirova, qonaqlar —Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü şairə, müğənni, Azərbaycan Dövlət Dram teatrının aktrisası Zeynəb Dərbəndli, Dağıstan respublikası bələdiyyə xidmətinin Əməkdar işçisi, ,, Döyüş Şöhrəti»muzeyinin mütəxəssisi Mirzəbalayeva Gülpəri Şabanovna müəllimlər iştirak etdilər.
Tədbir çox maraqlı və yüksək səviyyədə keçdi.