Xatirə lövhələrinin açılışı

Ötən gün Dərbənd şəhərindəki 4 saylı məktəbdə xüsusi hərbi əməliyyat zamanı hərbi borcunu yerinə yetirərkən həlak olmuş Məlikov Şəmsəddin Cavanşiroviç və Cəfərov Mehman Əbilfəzoviçin xatirəsinə xatirə lövhələrinin açılışı olub.

Tədbirdə Dərbənd şəhər Deputatları Məclisinin sədri Həsən Mirzəyev, şəhər icra başçısının müavini Vidadi Zeynalov, Veteranlar Şurasının sədri Hacımurad Hacımuradov, qəhrəmanların yaxınları və dostları iştirak ediblər. “Onlar ölməyib, nə qədər ki, biz onları xatırlayırıq, onlar sağdırlar,xatırlayın və unutmayın”, — Hacımurad Hacımuradov bildirib. O, layiqli oğullar yetişdirdiklərinə görə valideynlərinə də təşəkkür edib.

Vidadi Zeynalov qəhrəmanın ailəsinə dərin hüznlə başsağlığı verib. Xatirə lövhələrinin açılması fəxri hüququ Həsən Mirzəyevə, Hacımurad Hacımuradova, eləcə də qəhrəmanların yaxınlarına verilib. Görüşün sonunda iştirakçılar Vətən uğrunda qəhrəmancasına həlak olanların xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüblər.