Dağıstan hər dövrdə öz sözünü deyə bilən cəsir, mərd və sözünün ağası olan övladları ilə tarixə düşüb. Bu gün isə, 20-ci əsrin dünya üzrə tanınan, tanınıb da öz yaradıcılığı ilə sevilən dahi şəxsiyyət, istedadlı şair Rəsul Həmzətoviç Həmzətov kimi bir oğlu da, yenə də öz qələmi ilə dünyaya səs saldı. Onu hər bir ölkədə tanıyır və sevirlər. Bu günlərdə
UNESCO -nun təqdimatı ilə keçirilən «Ağ Durnalar Günləri» Beynəlxalq Ədəbiyyat Festivalı Dağıstan torpağında 35 -ci dəfə keçirildi. Dünya şöhrətli həmyerlimiz Rəsul Qəmzətovun xatirəsinə həsr olunmuşdur. İlk dəfə olaraq 1986 -cı ildə Dağıstan xalq şairinin təşəbbüsü ilə ədəbiyyat və şeirin müasir dünya üçün birləşdirici əhəmiyyətini vurğulamaq üçün hazırlanmış bir poetik forum olaraq «Ağ Durnalar Günləri» keçirildi.
Bu isə biz Dağıstan xalqları üçün, ən böyük şərəfdir. Elə bu münvalla da, bir neçə gün ərzində ənənəyə uyğun olaraq, möhtəşəm festival proqramı çərçivəsində ədəbi görüşlər və tamaşalar keçirildi. Bu dəfə nəiki Rusiyanın müxtəlif bölgələrindən, hətda dünyanın bir neçə ölkəsindən 20-dən çox yazıçısı və şairlər Dağıstana qonağ gəlmişdi. Suriya Ərəb Respublikasından olan şair-tərcüməçi İbrahim İstanbuli və daha bir ərəb jurnalist də bu gözəl bayramın qonağı oldular. Səudiyyə Ərəbistanından bir ədəbi jurnalın redaktoru Haşim Əlcəhdəli, «Moskva ədəbiyyatı» qəzetinin baş redaktoru İvan Qolubniçi də iştirak edirdilər. Proqramın əsil məqamlarından biri qədim Dərbənddir. Dağıstanın tarixi ürəyi olan bu xüsusi şəhərdə 20 saylı orta məktəbə 2006 -cı ildə Rəsul Qəmzətovun adı verildi və məktəbin yaxınlığında «Ağ Durnalar» a aid bir abidə qoyuldu.
Məktəbin kollektivi şairin xatirəsini şərəflə qoruyur, rəhbərliyin səyləri ilə burada Rəsul Həmzətova həsr olunmuş tam hüquqlu bir xatirə muzeyi yaradılmışdır. Bu il fərdiləşdirilmiş idman gimnaziyası təmir olunur, buna görə də bayram tədbirləri hər iki təhsil müəssisəsinin şagirdlərinin qonaqlara şairin yaradıcılığına həsr olunmuş proqramı nümayiş etdirmək üçün, Dərbənd şəhəri 15 nömrəli məktəbində keçirildi.
Tədbir əsnasında Mahaçqaladan Dərbəndə gələn şair və yazıçılar Şahvələd Şahmərdanov, Zalmu Batırova,
Aminat Abdulmanapova, Murad Əhmədov, Suvaynat Kurebekova, Raisat Ibragimova gəlmişdilər. Dərbənd yazarları Zeynəb Dərbəndli Rəsul Həmzətov haqqında yazdığı şeiri və şairin Azərbaycanın xalq şairi Nəbi Xəzriyə yazdığı «Əziz dostum» mahnısını ifa etdi. Şairə Aminat Abdulmanapova, Zeynəb xanıma, bu mahnıya görə xüsusi güllər təqdim etdi. Daha sonra şairlər Tahir Saleh, Təhmiraz İmamov, Qədirbəy Ömərov, Elman Abbas, Oeysax Mişiyev, Zeynəb Sultanəhmədova, Razida Ramazanova şairə həsr olunmuş şeirlərini səsləndirdilər.
Rəsul Həmzətovun şeirləri Azərbaycan, Ləzgi, Tabasaran, Tat və Ərəb dillərinə tərcümə edilərək səsləndirildi. Qonaqlar, həmçinin Böyük Vətən Müharibəsində şəhid olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Və bundan əvvəl yazıçı heyətini Dərbənd şəhər idarəsinin başçısı Rüstəmbəy Pirməhəmmədov hörmətlə qəbul edib. Və qonağları şəhər başçısının müavin Vidadi Zeynalov və Dərbənd şəhər Mədəniyyət, Turizm, Gənclər siyasəti və idman idarəsinin sədri Samilə Nəcəfova şəhərimizə gələn qonağları, lazim olduğu qaydada qarşıladılar.
Vidadi Zeynalov və Samilə Nəcəfova, tədbiri öz salamları ilə açarkən, bu ədəbi bayramın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini qeyd etdilər. Görüşdə Dərbənd şəhər mədəniyyət idarəsinin aparat rəhbəri Murad Şamsudinov da iştirak etdi. Qknağ gələn şair və yazıçılar Dərbənd sakinlərinə səmimi qəbula görə minnətdarlıqlarını bildirib., Rəsul Həmzətovun və bir çox Dağıstan şairinin yaradıcılığında bir çox sətirlərin bu bənzərsiz şəhərə həsr olunduğunu vurğulamışlar. Sonda qonaqlar üçün şəhər və Нарын-Kala qalası ilə tanışlıq turu təşkil edilib.
M. Seyidov