Ailə müqəddəs ocaqdır

 

Ailə ən uca, ən müqəddəs bir ocaqdır. İnsan əsl xoşbəxtliyi də məhz öz doğma ailəsində tapır. Əsl ailə həm atanın, həm də ananın birlikdə təməlini qoyduğu bir dünyadır. Övladlar da, məhz elə ilk olaraq ailədən tərbiyələndirilərək cəmiyyətə təqdim olunur.

Doğrudan da, insan üçün bu dünyada ən önəmli olan onun ailəsidir. Ailə hər şey deməkdir. Ata, ana, qardaş, bacı. Bütün bunları bir araya gətirən ailədir.

2024-cü il, Rusiya prezidenti V. V. Putinin sərəncanı ilə, Ailə ili elan olunub. Bu münasibətlə, nəhəng Rusiyanın hər bölgəsində, hər bir yerində bu il Ailə  günü bayramı olaraq, təntənəli qeyd olunur. Bizim doğma Dağıstanımızda da, bu belədir. Xüsusən də, qədim Dərbəndimizdə bu bayram daha təmtəraqlı qeyd olunmaqdadır. İl boyu bir-birindən gözəl tədbirlər keçirilməkdədir.

İyulun 20-də qədin Dərbənd şəhərinin, Dənizkənarı parkında.  Dərbənd şəhəri Müftilik yanında Təhsil Şöbəsinin Qadınlar şöbəsi “Ailə ili”nə həsr olunmuş ümumşəhər tədbiri keçirmişdir. Qurani-Kərim də buyurulduğu kimi:  Ailənin necə bir gücə malik olduğunu, tədbirdə iştirak edən din xadimləri, öz çıxışlarında qeyd ediblər.  Tədbiri  Dərbənd şəhəri və Dərbənd rayon İmamlar Şurasının sədri Məlikov Hacı Abdulla  açıb.

Tədbirdə Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Dövlət Dram Teatrının aktrisası, nəğməkar şairə Zeynəb Dərbəndli, Ləzgi dövlət musiqili dram teatrının aktrisası, DR əməkdar artisti Miyasa Muradxanova, Dağıstan Respublikasının əməkdar artisti;  Aqul estradasının ulduzu Zülfira Şabanova və bir çox dini xadimlər iştirak ediblər.Tədbir, bütün iştirakçıların həm Dağıstanda, həm də bütün dünyada sülhün və firavanlığın qorunması üçün duanın  oxunması ilə başa çatıb.

Belə məqamda  Dərbəndin tanınmış və sevilən şairəsi Zeynəb Dərbəndlinin, «Ailədir» şeiri lap yerinə düşür.

Ailədir

Uyma şana, uyma ada,

Kimsə yetişəməz dada,

Nə olsa da, bu dünyada,

Son ümidin ailədir.

 

Baxma libasın zərlidir,

Doğmaların hünərlidir,

Hamı gəldi, gedərlidir,

Ən dəyərin ailədir.

 

Hər şeyi ver, getsin yelə,

Sür ömrünü gülə-gülə,

Ürəyin qırılsa belə,

Tək təsəllin ailədir.

 

Zeynəb, sözdən bir inci dər,

Dərdi yerə, toz kimi sər,

Yazsanda cürbəcür əsər,

Şah əsərin ailədir.

  1. Aslanov