21 ci əsri atom ili kimi adlandırırlar, bu üzdən dünyaya gələn uşağları da, əsrin qaydalarına uyğun doğulur. Hər yerdə olduğu kimi, Dərbəndin uşağları da öz bilik və gücünə güvənə bilən. Gələcəyin ən aktiv qaydalarla yetişdirilir. Hər bir övlad öz gücünü ailəsindən, valideynindən alır. Valideynlər öz övladlarına həm valideyn, həm dost olmağı bacarmalıdır. Yalnız belə hallarda, uşağ öz valideyninə özünə güvənə bilərvə biliyi arta bilər. Dərbəndin isdedadlı uşağları və gəncləri son zamanlar, hər sahədə öz bili və isdedadlarınıi sübut etməkdədirlər.
Belə uşağlardan biri də, Quliyeva Vüsalə Vüsal qızıdır. Vüsalə 2010 ci, mayın 29 da. Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində dünyaya gəlib. 3 yaşında ikən Dərbənd şəhərinin (Skazka) adlı 32 saylı uşağ baxçasına gedib. Vüsalə elə o vaxtlarda bağçada elə öz isdedadını göstərə bilmişdi, uşağlar arasına öz cəlddiyi və şirin dili ilə seçilirdi. Yeni il, Novruz bayramı vəsair Bayramlarda bağçada uşağlar üçün təşkil olunan səhərciklər keçirilirdi, Vüsalə o tədbirlərə balaca olmağına baxmayaraq həvəslə hazırlanırdı. Öz artistizmi ilə, bütün bağçanı heyran edirdi. Vaxt ötdü Vüsalə böyüdü və bu mələk ürəkli qız Dərbənd şəhərinin, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun adını daşıyan 20 nömrəli məktəbə öz qədəmlərini qoydu. Məktəbə ilk başladığı gündən, öz aktiv və fəallığını məktəb heyyətinə göstərə bildi. Vüsalə üçün şeir və ya hər hansı bir səhnəcik belə çətin deyil. O hər tədbirdə öz çıxışını, evdə anası Albina xanımın önündə məşq edərək. Onun fikrini alıb, onunla məsləhətləşir. Vüsalə deyir ki, mənim şeir deməyimə, və- yaxud rəqslərimə baxarkən anamın gözləri gülürsə, bilirəm ki yaxşıdır. Anasının sevincini artırmaq istəyən balaca mələk. Hətda onu onlayn müsabiqələrə hazırlayan, iftidai sinif müəllimi Aida Fizuliyevna deyir ki. Vüsalə ilə işləmək mənim üçün həm asan, həmdə xoş olur. Çünki Vüsalə, adamın dilindən deyilən hər bir sözü həmin dəqiqə mənimsəməyi bacarır. Bizim məktəbin uşağları biri birindən isdedadlıdır, ona görə də, biz hər tədbirə ürəklə hazırlaşırıq. Bəlkə də ona görə, 20 nömrəli məktəb bu qədər sevilir. Başda mehriban, xoşxasiyyət insan, gözəl pedagog məktəbin direktor Dilara Yaşarovna Abiyeva olmağla. Bütün müəllim kollektivi, uşağların hər biri ilə onun öz dili və xasiyyətində yanaşmağı bacarır. Vüsalənin sinif müəllimi Nafiza Ənvərovna Soltanıva da, öz şagirdlərinə ana qayğısı ilə yanaşır. O da Vüsalənin aktiv çalışqan bir şagird olduğunu deyir. iBiz də onu, sizlərə olduğu kimi tanıtmaq istədik. O 4 cü sinif şagirdidir, amma baxın nə qədər böyük ürəyi var. Vətənpərvər və dilini sevən bir övladdır, belə uşağlarımızı görəndə adamın ürəyi coşur. Vüsalə bir çox Respublika və şəhər müsabiqələrində, konkorslarında fəal içtirak edib, edir də. Və hər dəfə də öz məktəbinə 1 ci və 2 ci yetləri qazandırıb. Vüsalənin atası Quliyev Vüsal Mahaçqalada prarab işləyir, anası isə Quliyeva Albina Dərbənd Qala muzeyinin işçisidir, onun Anar adında balaca bir qardaşı da var. Hələ bağçaya gedir, Vüsalə evdə ona da şeir söyləməyi öyrədir. Özü çox şirin dilli, istiqanlı qızdır ona görə də, onu yaxından tanıyan hər kəs çox sevir. Bu balaca ürəkdə, bütün dünyanı daşıya bilən
Vüsalə. Dərbəndin muzeylərində, kitabxanalarında keçirilən hər bir bayram vəya digər tədbirlərdə də fəal iştirak edir. Novruz bayramlarında, analar günündə, ana dili tədbirlərində. Hər tədbiriə özünəməxsus hazırlaşır, öz söylədiyi şeirləri və rəqsləri ilə tədbiri ələ alaraq bəzəyə bilir bizim Vüsalə. Bu balaca qızcığaz, balaca olmağına baxmayaraq həm rəqslərə gedir, həm də dərslərini öyrənməyi bacarır. Anası Albina xanım deyir ki, mən özüm də yeniyetmə yaşlarımda rəqsə getmişəm.
Bayramlar olanda, qızıma rəqsləri özüm öyrədirəm. Vüsalənin hər bir uğuru, mənim həyatımın Allah tərəfindən verilən ən dəyərli payıdır. Qızımın, ümumiyyətlə övladlarımın üzü gülürsə, mənim həyatıma da gün doğur. Bu yaxınlarda da Vüsalə, Qafqaz xalqlarının Qələbə dili onlayn müsabiqəsində, 1 ci yerə layiq görülüb. Dərbəndin belə isdedadlı gələcəyi yetişir, biz də bununla fəxr edirik. Və bu balaca yaşında bir çox Fəxri fərmanları və təşəkkürnamələr, birinciliklər əldə edən Vüsaləmizə. Biz də daha böyük uğurlar və birinciliklər arzu edirik.
M Seyidov.