Noyabrın 4-də bütün Rusiyada olduğu kimi, Dağıstanda da Milli Birlik Günü qeyd olunacaq. Dağıstan Respublikası Rəhbəri və Hökuməti Administrasiyasının mətbuat xidməti və informasiya şöbəsi, bu günün təntənəli bayram günü olaraq qeyd olunacağını məlumat yayıb.
4 noyabr, 2005-ci ildən bəri, bu gün «Xalqlar birliyi» günü kimi qeyd olunur. Bu münasibətlə Dağıstan Respublikanın hər yerində bayram tədbirləri keçiriləcək. Təhsil ocaqlarında, uşağ bağçalarında, dərs və mühazirələrdə, tələbə və şagirdlərə bu bayramın yaranması haqqında danışacaqlar. Bu gün respublikanın bütün bələdiyyələrində Rusiya xalqlarının ənənəvi mədəniyyət mərkəzlərində bayram konserti üçün meydanlar qurulacaqaq, lakin əsas bayramlar Dağıstanın paytaxt şəhəri Mahaçqalada keçiriləcək. Səhər saatlarından başlayaraq Hacıyev küçəsində sülh və dostluq yürüşü keçiriləcək, sonra paytaxt sakinləri və qonağlar Dostluq Evində foto və kitab sərgisinin açılacağı “Açıq qapı günü”ndə gözləniləcək və Rusiya Xalqlarının Dostluğu Muzeyi də ziyarətçiləri gözləyəcək. Noyabrın 4-də onlar indi Dağıstanın paytaxtına — Mahaçqala şəhərinə çevrilmiş «Petrovskoye» qəsəbəsinin yaradılmasının 170 illiyi şərəfinə abidə daşını təntənəli şəkildə açmağı planlaşdırırlar.
Həmçinin Dağıstan Şimali Qafqaz Federal Dairəsinin bütücn regionlarında keçirilən “Bir himn – bir ölkə” kampaniyasında iştirak edəcək. Yeddi şəhərdə minlərlə gənc Rusiya himnini oxumaq üçün mərkəzi meydanlara çıxacaq. Tədbir Şimali Qafqaz gənclərinin ümumi vətənpərvərlik və vətəndaşlıq dəyərləri əsasında birliyini nümayiş etdirmək üçün nəzərdə tutulub.
H. Aslanov