Berikey kəndindən olan hərbçi “Dağıstanın Xalq Qəhrəmanı” adına layiq görülüb

Çoxmillətli Dağıstan xalqı qarşısında xüsusi xidmətlərinə görə xüsusi hərbi əməliyyatın iştirakçısı olan hərbçi  “Dağıstanın Xalq Qəhrəmanı”  qızıl ulduzuna  layiq görülüb.

127-ci motoatıcı diviziyasının tağım komandiri, Berikey kəndindən olan kiçik leytenant Alxanov Maqomed-Şakir Oktayeviç 2024-cü ilin avqustundan indiyədək Zaporojye  istiqamətində XHƏ-da iştirak edir.

Bundan əvvəl o, “Hərbidə  fərqlənməyə görə” və “XHƏ iştirakçısı” medalları ilə təltif edilmişdir ki, bu da onun cəsurluğundan, şücaətindən və hərbi vəzifəyə sədaqətindən xəbər verir.

 

Dərbənd rayonunun icra başçısı Mövsüm Rəhimov qəhrəmanın valideynlərinə belə ləyaqətli övlad yetişdirdiklərinə görə minnətdarlıq və ehtiram  sözləri ilə müraciət etmiş, Maqomed-Şakirə hərbi uğurlar, tezliklə Qələbə ilə ailəsinə qayıtmasını arzulamışdır!