Bilik gününə qədər Dağıstanda 28 təhsil müəssisəsi — 15 məktəb və 13 uşaq bağçası açılacaq. İlin sonunaqədər bu rəqəm daha da artacaq. Mənim üçün vacibdirki, məktəblərin tikintisi və təmiri ilə bağlı bütün işlər nəinki vaxtında, həm də yüksək keyfiyyətlə aparılsın. Bu məsələni şəxsi nəzarətimdə saxlayıram. Ötən günmən nəzarət edən baş nazirin müavininin və aidiyyəti nazirlərin hesabatlarını yenidən dinlədim. 2023-cü ildə “Demoqrafiya və təhsil” milli layihələri çərçivəsində biz 65 təhsil obyektinin layihələndirilməsini və tikintisini nəzərdə tuturuq, onlardan 51-ni bu ilistifadəyə verməyi planlaşdırırıq – 40 məktəb və 11 uşaq bağçası. Eyni zamanda məktəblərdə təmir işləri aparılır. Bu il Dağıstanın müxtəlif yerlərində 139 təhsil müəssisəsini qaydaya salacağıq. Onlardan 78-i üzrə işlər vaxtında və ya vaxtından əvvəl yerinə yetirilir, tamamlanma faizi isə 98 faizə qədərdir. Hazırlıq 68 faizə çatan 56 obyektdə təmirin yaxşı tempini görürük. Digər obyektlər üçün də çalışmaq lazımdır! Problemlər varsa və köməyə ehtiyacınız varsa, dəstək olmağahazıram. Amma artıq onlar haqqında susmaq, sonra isə son tarixləri dəyişdirməyi xahiş etmək mümkünolmayacaq. Təhlükəsizlik məsələlərinə xüsusi diqqət! Mənim əsas vəzifəm odur ki, uşaqlarımızın yeni və əsaslı təmir olunmuş məktəblərdə oxuması xoş olsun, təhsil alması üçün hər cür şərait yaradılıb. Bu mütləq prioritetdir.
S. Salehova