Böyük Qələbə hər birimizin qəlbində yaşayır!


İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır.Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir,ona “Ana Vətən” deyirik.Vətən bizim varlığımız,fəxrimiz,qürurumuzdur.Vətən uğrunda,onun azadlığı uğrunda canını qurban verən,vətənin xoşbəxtliyi naminə son damla qanına qədər vuruşaraq bizə azadlıq bəxş edən qəhrəmanlar heç vaxt unudulmur,unudulmayacaq,öz ölümləri ilə ölməzliyə qovuşublar və daim bizim yaddaşlarımızda yaşayacaqlar.
Mayın 5-də Darvaq kənd Mədəniyyət evinin klubunda 9 May bayramına həsr olunmuş “Böyük Qələbə hər birimizin qəlbində yaşayır!” təntənəli tədbir keçirilib.
Təntənəli proqramın açılışı Rusiya himni və bir dəqiqəlik sükutla başlayıb.
Konsert proqramında 1 saylı Darvaq və 2 saylı Darvaq tam orta məktəblərinin şagirdlərinin ifasında müharibə illərinin tanınmış mahnı və şeirləri səslənmişdir.
Tədbirdə iştirak edən şairə, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndlinin çıxışları xüsusilə böyük sevinclə qarşılandı. Onun mahnıları tamaşaçıların qəlbində dərin iz buraxıb.
“Ulıbka”(“Təbəssüm”) uşaq bağçasında tərbiyə alan uşaqların rəqs kompozisiyaları tamaşaçılarda xoş təəssürat yaratdı.
Bayram konserti bu bayramın əsas mahnısının — “Qələbə günü”nün ifası ilə başa çatdı.
Tədbir iştirakçıları tanış motivləri dərk edərək, emosiyalarını cilovlamayıb, hər çıxışı alqışlayırdılar.
Bu konsert tədbiri Rusiyanın şücaətini əbədi xatırlayacaq şəxslərə və şanlı qaliblər nəslinin heyrətamiz mənəviyyatına və fədakarlığına əsaslanan bayrama — ölkəmizin hər bir sakininin qəlbində və ruhunda əbədi olan Qələbə Gününə həsr edilmişdir!
Gözəl təqdim olunmuş proqrama görə bayram iştirakçılarına, tədbirin aparıcısı Abdulferz İldarova təşəkkür edirik. Tədbirin ərsəyə gəlməsində Darvaq kənd kitabxanasının müdiri Güleybət Məhərrəmova , direktor Sərxan Nurməhəmmədov və Mədəniyyət evinin bütün kollektivinin əməyi olmuşdur.Buna görə onlara minnətdarlığımızı bildiririk. Tədbirin təşkilində göstərdiyi dəstəyə və köməyə görə Darvaq kənd icra başçısı Aydin Ulkəroviçə xüsusi təşəkkür edirik.
Biz keçmişin bütün qəhrəmanlarına sonsuz təşəkkürümüzü bildiririk, onların şücaətlərini xalq heç vaxt unutmayacaq!
Salixova S.M