“Lun» adlı ekranoplan gəmisi, Salatau mağara kompleksi və Dərbənddəki fəvvarə 2023-cü ilin yayında Dağıstanda ən çox ziyarət edilən komplekslərin üçlüyünü təşkil edir. Bu barədə Rusiya Federasiyasında turizm mövsümünün yekunlarına dair regionlarla ümumrusiya konfransında Dağıstanın Turizm Nazirliyinin rəhbəri Emin Merdanov məlumat verib. Hər üç məşhur kompleks Dağıstanda 2022-ci ildə peyda olub. Ekranoplan ötən il Dərbənddəki Patriot Parkının ərazisində quraşdırılıb. Bu hibrid təyyarə və dəniz gəmisi 1960-cı illərdə hazırlanmışdır. Ötən il Dağıstanın Kazbekovski rayonunun Novo-Zubutli kəndi yaxınlığında Salatau silsiləsində mağara kompleksi də aşkar edilib. Kompleksə «Нохъо» adı verildi. Sulak Kanyonunun ən dar hissəsində yerləşir, labirintlərin ümumi uzunluğu bir neçə yüz metrdən çoxdur. Dərbənddəki multimedia fəvvarəsi 2022-ci ildən fəaliyyət göstərir. İki pillədə yerləşən 9 kasadan ibarətdir. Fəvvarədən 2214 su axını 30 metr yüksəkliyə qalxır.Fəvvarənin yerləşdiyi park şəhər sakinləri tərəfindən ən çox ziyarət edilən yerlərdəndir.Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin adını daşıyan bu parkda şairin heykəli ucalır.Burada istər böyüklər,istərsə də uşaqlar üçün istirahət etməyə hər cür şərait var.
Salixova S