» Dərbənd şəhəri» dairəsi və Mədəniyyət Evi MSSR — in 100- illiyini qeyd etdi. Dərbənd Uşaq və Gənclır binasında Dağıstan Muxtar Sovet Sosialist Respublikasının qurulmasının 100 — illiyinə həsr olunmuş , təntənəli tədbir keçirildi.
Tədbiri » Dərbənd şəhəri» şəhər dairəsinin başçısı Rüstəmbəy Pirməhəmmədov açdı: O, bütün dağıstanlıları bu möhtəşəm bayram münasibəti ilə təbrik edərək, DMSSR- nin yaranma tarixindən danışdı. Şəhər başçıdının çıxışından sonra. Söz çıxış ücün şəhər başçıxının müavini Vidadi Zeynalova və Polad Nametulayevə verildi. Onlar dağıstanlıları bu bayram münasibəti ilətəbrik etdilər.
Tədbirdə Dərbənd də fəaliyyət göstərən teatrlar çıxış etdilər. Azərbaycan Dövlət Dram teatrının kollektivi, şair Nəriman Ağasiyevin şeirlərinə hazırlanmış kompozisiya ilə çıxış etmişdir. Teatrın aktyorları Dağıstan Respublikasının əməkdar artisti Sevda Beybalayeva Nəriman Ağasiyevinsözlərinə » Dağıstanım» mahnısını, aktyor Sərxan Səmədov » Qardaşlıq qalası» şeirini, aktrisa İzabella Ağayeva Rəsul Həmzətovun şeirini oxudu. Tamila Məhrabova isəAzərbaycan dilində bir mahnı ifa etdi. Ondan əlavə məktəb direktorları və müəllimlər iştirak etdilər. » Günəş» ansamblıöz gözəl çıxışları ilə hər kəsi heyran etdi. Dərbəndin tanınmış mügəniləri Xurşida İsmayılova, Ülviyə Babayeva, Məriyəm Kaziyeva və başqaları iştirak etdilər.
Qeyd etmək istərdik ku, bu günlərdə respublikamız öz əlamətdar və möhtəşəm bir tarixini — Dağıstan Muxtar Sovet Sosialist Respublikasının qurulmasının 100- illiyini qeyd edir. DMSSR — in qurulmasını münasibətilə biz bütün dağıstanlıları və Dağıstandan kənarda yaşayan minlərlə dağıstanlılarımızı bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirik.
A. Məmmədova