2021 ci il yanvarın 25 də Dağıstan Respublikası hökümət sədrinin müavini vəzifəsini icra edən Abdulmüslüm Abdulmüslümovun rəhbərliyi altında «İlin Avropa Ağacı — 2021» beynəlxalq yarışmasında Rusiyanın ən qoca ağacına səs verilməsinə informasiya dəstəyi ilə bağlı bir toplantı keçirildi. 2020-ci ildə Dağıstan Respublikasının Meşəçilik Komitəsi ilk dəfə Rusiya İlin Ağacı 2020 müsabiqəsinə müraciət edib və bu müsabiqəyə. Qədim Dərbənd şəhərinin Cümə Məscidinin heyətində tarixin ən dərin yaddaşından bu günə kimi gəli çatmış. Yaşı 283 ili ötən, ən qocaman çinar ağacının namizədliyini irəli sürüb. Və Dərbəndin bu qoca çinarı çox səs toplayıb, bu səs verilmələr nəticələrinə görə Dərbənd çinar ağacı 40 min səs toplayaraq bu yarışmanın qalibi oldu. Qeyd etmək lazımdır ki, bu qoca çinar «İlin Ağacı -seçilərək, 2020-ci ildən bəri hər il keçirilən «İlin Avropa Ağacı» beynəlxalq müsabiqəsində iştirak etmək üçün vəsiqə qazanıb. Və bu artıq son seçmə mərhələsidirdir. Və bələliklə çinarımız, Rusiyanı beynəlxalq yarışda təmsil edəcəkdir. «İlin Avropa Ağacı — 2021» beynəlxalq müsabiqəsi fevralın 1-dən 28-dək veb saytında keçiriləcəkdir. «Avropa İlin Ağacı 2021» (www.treeoftheyear.org). Və müsabiqə 16 ölkənin iştirakı ilə, Çexislovakiya Respublikası, Xorvatiya, Hollandiya, Rumıniya, Portuqaliya, Birləşmiş Krallıq (Böyük Britaniya), Macarıstan, İspaniya, Slovakiya, Fransa, Polşa, İrlandiya,
Belçika, İtaliya və Rusiyadan olan 16 Avropa ağacından ibarət olacaqdır. “Qeyd etmək lazımdır ki, Rusiyanın qoca ağacları bu yarışmada artıq 4 dəfə iştirak etmiş, lakin heç vaxt 2 yerdən daha yüksəklərə layiq görülməmişdilər. Lakin 2021-ci ildə Dərbənd çinarının nüfuzlu bir Avropa yarışmasında qalib gələrək, yalnız Dərbənd deyil, həm də bütün Rusiyanı 16 olkə arasında təmsil etmək imkanı qazanıb. Bu da öz növbəsində beynəlxalq turistlərin diqqətini cəlb edəcək və Respublikamıza səfər etmək üçün də, mükəmməl bir səbəb ola bilər ”deyə açıqlamışdır. Bu həqiqətən də, qürur verici bir haldır ki. Dəmirqapı Dərbənd, öz qədim tarixi ilə yanaşı. Neçə yüz illəri ötüb bu günə kimi gəlib çatan, daşları, divarları və ən nəhayət qoca Xan çinarı ilə də dünyaya səs sala bildi. Dərbənd Cümə Məscidinin, hələ yaşı bilinməyən çox tarixi var. Dərbəndin Cümə Məscidi də, özü kimi oxunma ış bir kitabdır.
Hazırladı G Babayeva.