Ölkəmizdə elan edilən qismən səfərbərlik heç kəsi biganə qoymayıb. LХR və DXR ərazisində baş verən hadisələr bizi çox şey haqqında düşünməyə vadar edir. Cəbhədəki qəhrəmanlarımız 21-ci əsrdə dinc səma uğrunda mübarizə aparır. Hər ailə öz qəhrəmanını göndərib və inamla onların sağ,salamat evə dönüşünügözləyir.
Çətin dövrümüzdə çoxları əsgərlərimizə hər cür kömək etməyə çalışır. Səfərbər edilmiş hərbi qulluqçuların ehtiyaclarını maddi-texniki tərəfdən təmin etmək üçün yüngül sənaye müəssisələri lazımi məhsullar istehsal etməyə hazırdır.
MMC Dərbənd Tikiş Fabriki” Dinamo “1961-ci ildə fəaliyyətə başlamışdır. Bu gün isə Abdullayev Kasum Maqomedoviç ona rəhbərlik edir.
Vaxtilə fabrikdə hərbi kombinezon, kadet məktəbinin şagirdləri üçün forma və s. tikilir və bütün Sovet İttifaqına paylanırdı.
Tikiş fabrikinin rəhbəri Qasım Abdullayev şöbəmizin redaktoru Ruslan Musayevlə söhbətində bir sıra sualları cavablandırdı.
Sentyabrın 21-də hökumət tərəfindən elan olunmuş qismən səfərbərlik ilə əlaqədar fabrik cəbhə xəttində olan əsgərlərimizi lazımi kombinezonla təmin etmək imkanı qazanıb.
Bu günə qədər çeşidə daxildir:
1) Boşaltma jileti;
2) siqnal jileti;
3) Paltar papağı;
4) Yün gödəkçə;
5) Zabitlər üçün yun şalvar;
6) İsti gödəkçələr;
7) Sahə forması.
“Hazırda biz GOST-a uyğun istehsal edirik, qiymətlər dəyişməyib, ilin əvvəlində müəyyən edilmiş qiymətlərlə. Avadanlıqlar qorunub saxlanılıb, binalar normal işləməyə yararlıdır, sifarişləri sabitləşdirmək də lazımdır. Fabrik sizə lazım olan hər şeyi təmin etmək imkanına malikdir və sifarişlər üçün kifayət qədər sayda geyim istehsal edir. Bütün bunlara əlavə olaraq, biz XHƏ-nin problemlərinin həlli üçün lazım olan digər məhsulların istehsalını təmin etməyə hazırıq. Hərbçilərə qələbə və tezliklə vətənə sağlam və sağ-salamat qayıtmağı arzulayıram”. Qasım Abdullayev söhbətində paylaşıb.
Və öz növbəsində respublika “Dərbənd” qəzeti redaksiyasının kollektivi hər kəsə əmin-amanlıq səması və cansağlığı, əsgərlərimizə isə doğma torpağın rifahı naminə asan xidmət arzulayır!
Ruslan Musayev.
Ruscadan çevirəni: Mirhəmidova S.