Dərbənd rayonunda “Uşağınızı məktəbə  toplayın” xeyriyyə aksiyası keçirilib

Dərbənd rayonunda “Uşağınızı məktəbə toplayın” adlı xeyriyyə aksiyası keçirilib və tədbirdə aztəminatlı və çoxuşaqlı ailələrdən olan 180 nəfər birinci sinif şagirdi, həmçinin Ukraynada xüsusi hərbi əməliyyat iştirakçılarının uşaqları  tam məktəb ləvazimatları dəsti ilə yığılmış məktəbli   çantaları alıblar.

Təntənəli tədbirdə: Dərbənd rayon icra başçısı Mövsüm Rəhimov, Dağıstan Respublikasının əmək və sosial inkişaf nazirinin müavini Abdulkerim Abdullayev, Dağıstan Respublikası Xalq Məclisinin deputatı Azad Hacıyev iştirak ediblər.

Aksiya ənənəvi hal alıb və hər il keçirilir.

Bu il Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov və Dağıstan Respublikası Xalq Məclisinin “Vahid Rusiya” partiyasından olan deputatı Azad Hacıyevin dəstəyi ilə birinci sinif şagirdlərinə məktəb ləvfzimatları ilə dolu  olan çantalar  hədiyyə edilib.

Aztəminatlı ailələrin uşaqları və xüsusi əməliyyat iştirakçılarının uşaqları üçün “Uşağınızı məktəbə toplayın ” aksiyası maddi dəstək oldu.

Dərbənd rayon icra başçısı Mövsüm Rəhimovun sözlərinə görə, aksiya bir çox ailələrə uşaqlarını məktəbə hazırlamağa kömək edib. O, göstərilən köməyə görə təşkilatçılara və himayədarlara minnətdarlığını bildirib.

“Uşağınızı məktəbə hazırlayın” kampaniyası bir çox ailələrə uşaqlarını məktəbə hazırlamağa kömək edib. Bu tədbirin hər il keçirilməsi faydalı və yaxşı ənənəyə çevrilib, mən Dağıstan Respublikası Xalq Məclisinin Sədri Zaur Asefoviç Askenderova, Dağıstan Respublikası Xalq Məclisinin Vahid Rusiya Partiyasından deputatı  Azad Hacıyevə göstərdiyi xeyriyyə yardımına görə,  çağırışımıza cavab verən və ailələrin birinci sinif şagirdlərini məktəbə toplamasına köməklik göstərdiyinə görə təşəkkür etmək  istəyirəm.

Mən bu tədbiri təşkil etdiyinə görə  КЦСОН-nun rəisi  İsmayıl İsmayılova xüsusi təşəkkürümü bildirirəm”, — deyə Dərbənd rayon icra başçısı Mövsüm Rəhimov vurğulayıb.

Uşaqlara portfellərdən əlavə hədiyyələr verilib, bayram konserti olub. İnteqrasiya edilmiş Sosial Xidmətlər Mərkəzinin və Dərbənd Rayon Təhsil Şöbəsinin əməkdaşları birinci sinif şagirdləri və onların valideynləri üçün şən və bayram ab-havası yaradaraq əyləncə proqramı təşkil etmişlər.