Dərbənd rayonundan daha bir könüllü  “Kaspiy”  batalyonuna qoşulub

 

 

Dərbənd rayonunun Məmmədqala kənd sakini Maqomedov Hacı Hacıqurbanoviç müqavilə bağlayaraq “Kaspiy”( “Xəzər”) könüllülər batalyonuna daxil olub.

 

Dərbənd rayon icra hakimiyyətinin başçısı Mövsüm Rəhimov müqaviləli hərbçi ilə görüşdə müqaviləli əsgərlərə və könüllülərə verilən əlavə sosial dəstək, o cümlədən bələdiyyə səviyyəsində həyata keçirilən güzəştlər və tədbirlər barədə məlumat verib. Vətənin rifahı naminə xidmət etməyə hazır olduğuna görə Hacı Maqomedova regional büdcədən 100 min rubl məbləğində birdəfəlik nağd pul ödəniləcək. “Dərbənd rayonundan getdikcə daha çox döyüşçü Vətənini müdafiə etmək arzusunu ifadə edir, onlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına qoşulur, müqavilələr bağlayır və ölkəmizin maraqlarını müdafiə etmək üçün xüsusi hərbi əməliyyat zonasına gedirlər.

Biz müdafiəçilərimizlə fəxr edirik, Vətənə  Qələbə ilə qayıdacaqları günü                                                                                                                                         səbirsizliklə gözləyirik”. Bu gün Hacı öz batalyonunun yerləşdirildiyi yerə gedəcək. İndi müqavilə bağlayarkən hərbçilər bir dəfəyə 800 min rubla qədər  birdəfəlik ödəniş alacaqlar: 500 min rubl Dağıstan Respublikasından ,195 min rubl federal büdcədən və  100 rubl Dərbənd rayonundan .