Dərbənd şəhər 16 nömrəli məktəbdə Ailə ilinə həsr olunmuş tədbir keçirilib.

 

Ötən həftə Dərbənd şəhər №16 nömrəli tam orta məktəbin bazasında tədbirin təşkilatçısı təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsirova Xədicənin rəhbərliyi və məktəbin teatr dərnəyinin rəhbəri Səbinə Tağıyevanın və valideynlərin iştirakı ilə F.Əliyevanın “ Калым ” romanı əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilib. Bütün tədbir boyu əsl teatr sənəti ab-havası hökm sürürdü.

Məktəb şagirdləri əsl sənətkarlar kimi öz rollarını ifa edərək bütün qonaqlara valehedici tamaşa nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, valideyn komitəsi, Dərbənd Təhsil Şöbəsinin nümayəndələri, eləcə də Azərbaycan Teatrının artisti Zeynəb Dərbəndli iştirak edərək sehrli səsi ilə gözəl musiqi əsərləri ifa ediblər. Təşkilatçıların fikrincə, bu tədbirlər ailə dəyərlərinin dərk edilməsinin əsaslarını və ailənin cəmiyyətin vahidi kimi əhəmiyyətini möhkəmləndirməyə kömək edəcək. “Rusiyalıların ailə institutu ilə bağlı şüurunu dəyişdirməliyik; Ailənin yaradılması bizim rus sivilizasiyasının əsaslarından biridir və bu gün məktəblərdə əyləncə elementi və ya hansısa sosial statusun xarakterik xüsusiyyəti deyil, tədris prosesi üçün zərurət kimi qəbul edilə bilər”, — deyə Nəsirova Xədicə vurğulayıb.

Tərlan Ələkbərov