Dərbənddə Vətən Müdafiəçisi Gününə həsr olunmuş bayram konserti keçirildi

20 fevralda Dərbənddə Edem restoranının zalında Vətən Müdafiəçisi Gününə həsr olunmuş bayram konserti baş tutdu. Möhtəşəm tədbirdə Dərbənd şəhər başçısı müavini — Vidadi Zeynalov, daxili işlər orqanlarının əməkdaşları, Rusiyanın FSB-nin Dərbənddəki Dağıstan Respublikası sərhəd nəzarəti xidməti, Macarıstan hadisələri veteranları, müharibə və əmək, Əfqanıstandakı döyüş əməliyyatları iştirakçıları, Çeçenistan, zabitlər, gənc kursantlar, gənc əsgərlər, şəhər deputatları, əmək kollektivlərinin, təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri və liderləri iştirak etdilər.

Şəhər administrasiyası başçısı müavini Vidadi Zeynalov və Dərbənd Deputatlar Məclisinin müvəqqəti sədri Maqomed Maqomedov müharibə və əmək veteranlarını, Rusiya Ordusunun zabitlərini və bütün qonaqları bayram münasibətilə ürəkdən təbrik etdilər. Bütün iştirak edənlərə möhkəm ruh, can sağlığı, xoşbəxtlik və firavanlıq arzuladılar. Belə bir çıxış tədbir iştirakçılarının əhval- ruhiyəsinə hoş reng gatdı.

Tədbir zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları, FSB, Macarıstan hadisələri iştirakçıları və əsgər — beynəlmiləlçilər Şəhər Administrasiya Başçısı tərəfindən mükafatlandırıldılar.

Bayram, qonaqlarının çıxışları və təbrikləri, Uşaq və Gənclər Yaradıcılıq Sarayının şagirdləri,gənc  kursantlar, “Dərbənd” bələdiyyə ansamblı, şəhərin musiqi və yaradıcılıq qruplarının ifasında biri- birindən gözəl konsert nömrələri ilə davam etdi. Tədbir yüksək səviyyədə hazrlanmışdir. Orda olduğma məmnun idim. Bu tədbirin təşkilatçılarına həm “Dərbənd” qazeti adından ham də öz adımdan dərin minnətdarlığımı bildirirəm.

Quliyeva S.