DƏRBƏNDLİLƏR RUSİYA GÜNÜNÜ QEYD ETMİŞLƏR

İyunun 12-də dərbəndlilər bütün ölkədə  olduğu kimi təntənəli surətdə  Rusiya Gününü qeyd etmişlər. Şənliklər  qədim  Narınqalada   baş  tutmuşdur.

Tədbirdə Dərbənd  şəhər administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov və şəhər deputatları  Məclisinin  sədr müavini Məhəmməd  Məhəmmədov iştirak etmişlər.   

Bayram münasibətilə Məhəmməd Məhəmmədov   deputat korpusu adından  bütün şəhər sakinlərini təbrik edərək, qeyd etmişdir  ki, dağıstanlılar həmişə vətənlərinə xüsusi məhəbbət bəsləmişlər. Hazırda  bu gün Dərbənddə və bütün respublikada gedən dəyişiliklər respublikamızın gələcəkdə daha da çiçəklənməsi üçün  zəmin yaradır. 

Vidadi Zeynalov da   şəhər başçısı   Xizri Abakarov və öz adından  dərbəndliləri  bayram münasibətilə təbrik etmişdir.

“Rusiya Günü bütün rusiyalıları  birləşdirən əsas dövlət bayramlarından biridir. Bu bayramda hər kəsə cansağlığı, uğurlar, sülh və firavanlıq  arzulayıram «- deyə o, qeyd  etmişdir. 

Dərbənd  şəhər mədəniyyət, gənclər siyasəti və idman idarəsi  isə dərbəndlərin Ümumrusiya  « Mı Rossiya»  fleşmobunda iştirakını təşkil etmişdir. Layihə Rusiya Gününün qeyd olunması çərçivəsində onlayn formatda aparılmışdır. Aksiya iştirakçıları Rusiya Federasiyasının Dövlət Himnini səsləndirmişlər. Könüllülər  Rusiyanın  üçrəngli simvolik lentlərini  paylamışlar. Şənlik tədbirinin sonunda   baykerlər  Rusiya bayraqları ilə Narınqaladan başlayaraq    şəhər küçələrindən  keçmişlər.  

                                                                                  Tahir  Saleh