Bu günlərdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev partiyalararası dəyirmi masa keçirib.
Dəyirmi masada COVID-19 pandemiyası mövzusu müzakirə edilib. Söhbət əsnasında Medvedev dünya miqyasında peyvənd edilməsinin hədəflərindən də danışıb.
O, hazırda koronavirusa qarşı heç bir peyvəndin olmadığını, ancaq bir neçə ölkə tərəfindən hazırlandığını və şübhəsiz ki, tezliklə tapılacağını vurğulayıb. O qeyd edib ki, sərhədləri tamamilə bağlamaq mümkün deyil və yayda turizm sektoru yenidən canlandığı üçün peyvənd mövzusu xüsusilə aktualdır.
Medvedevin çıxışında səsləndirdiyi bir fikir isə sosial media izləyiciləri və müxalifət saytları tərəfindən müzakirəyə çıxarılıb. Belə ki, siyasətçi yanlış ifadədən istifadə edərək deyib:
“Peyvəndləmə bütün ölkələrdə eyni vaxtda aparılmalıdır. Əks təqdirdə xəstəliyi yaymaq mümkün olmayacaq”.