Azərbaycanla Dağıstan arasında dostluq möhkəmlənir

Dağıstan Azərbaycan dostluğu, bu dostluğ körpüsünü ilk olaraq.

Dağıstanın dəyərli ziyalı oğlu, Məhəmmədəli Məhəmmədoviç Məhəmmədov yaradıb. Samur çayının ətrafında, bir-biri ilə çaydan o üz, bu üzə baxaraq millətlər qardaş olaraq yaşayıblar. Bu dostluğu həm də, Dərbənd rayonunun Səlik kəndində dünyaya gəlib, xalqı üçün ürək qoyan oğlu Seyid Camaloviç Qurbanov olub. Dağıstanla Azərbaycanı, sənətində birləşdirən, iki xalqın bülbülü, Dağıstanın Xalq artisti Düriyyə Rəhimova olub. İndi də, mən özüm bu gözəl körpünün davamçısıyam. Şeirlərimdə, mahnılarımda Dağıstan Azərbaycan qardaşlığından yazıram. Bugün, Dağıstan Respublikasının başçısı, çox hörmətli Sergey Melikovun Azərbaycana səfəri, bu dostluğun, qardaşlığın daha da möhkəmlənməsinin sübutudur. Yaşasın Dağıstan, Azərbaycan dostluğu. Bu şeir də, son zamanlar yazdığım və Elmir Mədətoğlunun bəstəsi ilə ifa etdiyim mahnıdır.

Dostluğ şeiri

Hər milləti qocağında bəsləyər,
Hamısına ana kimi can deyər,
Dost olmağa, doğmalığa səsləyər,
Bu belədir əzəlindən hər zaman,
Qardaş olub Dağıstan Azərbaycan

Əjdadımdan bizə miras qalıbdır,
Zəfərləri dünyaya səs salıbdır.
Bu millətlər həmişə bir olubdur,
Tarixlərdən yazılıbdır bu dastan.
Qardaş olub Dağıstan Azərbaycan.

Hər bir xalqın adəti dərin olub,
Ana sözü hər dildə şirin olub,
Laylaymız da dillər əzbəri olub,
Hər bir ana, övladlna deyir can,
Qardaş olub Dağıstan Azərbaycan.

Doğma olub, hər kəlmədə dedik can,
Qoy əsməsin başımızdan sis duman,
Bizdən örnək almalıdır bu cahan,
Yaranandan biz demişik cana-can,
Qardaş olub Dağıstan Azərbaycan.

Zeynəb Dərbəndli