Fevralın 4-də Dağıstan Respublikasının Təhsil və ElmNaziri Yəhya Buçayev Tabasaran rayonuna işgüzarsəfərdə olub və rayonun bir sıra məktəblərini ziyarət edib. Cəmi 4 gün ərzində o, rayonun 58 təhsil müəssisəsində olub.
“Səfərdə məqsəd Tabasaran rayonunun təhsil sektoruilə yaxından tanış olmaq, müxtəlif yaşayış məntəqələrindəki məktəblərin maddi-texniki bazasının vəziyyətinin obyektiv mənzərəsini yaratmaq, pedaqojikollektivlə görüşmək və regional miqyasda təhsil səviyyəsini,təhsilin keyfiyyətini yaxşılaşdıracaq tədbirləri müzakirə etmək idi”, — Yəhya Buçayevbildirib.
Respublikanın Təhsil Nazirini Tabasaran rayon icrabaşçısı Maqomed Kurbanov, icra başçısının müaviniZaur Musayev, Təhsil şöbəsinin müdiri AbdusalamHəsənov, ərazisində təhsil müəssisələrinin olduğu kənd yaşayış məntəqələrinin müdirləri müşayiət ediblər.
Nazir üçün dördüncü gün əvvəlki 3 gün kimi kifayət qədər sıx və gərgin hadisələrlə keçdi. Yəhya Buçayevvə onu müşayiət edən şəxslər Novolidjenskaya ortaməktəbi, Arakskaya orta məktəbi, Arkitskaya ortaməktəbi, Tsuxtıqskaya, Rüşulskaya, Tsanakskaya, Burgankent, Xuriakskaya, Çulatskaya, Güxryaqskayaorta məktəbi və Sırtıqskaya tam orta məktəblərində olublar.
Məktəblərin hər birində Yəhya Buçayev müəllimləri maraqlandıran mövzularla bağlı suallarını cavablandırıb. Əksər təhsil müəssisələrində bunlaroxşar idi və dərsliklərlə təminat, laboratoriya və sinifotaqlarının texniki təchizatı, əmək haqqının ödənilməsivə s., uşaqların təhsilə həvəsləndirilməsi ilə bağlı idi. Amma konkret məktəblərə aid olan nüanslar da var idi. Məsələn, Güxryaq orta məktəbində ağrılı məqam məktəb binasının olmamasıdır, hazırda dərslər fərdi evdə keçirilir.
Maqomed Kurbanov və Yəhya Buçayev izah ediblər ki, 150 şagird yerlik yeni məktəb binasının tikintisilayihəsi hazırda ekspertizadan keçirilir və lazımi prosedurlar başa çatdıqdan sonra birbaşa tikintimərhələsinə keçmək mümkün olacaq.
“Tabasaran rayonunun təhsil potensialı kifayət qədər yüksəkdir və onu tam şəkildə reallaşdırmaq üçün bütünimkanlardan istifadə etmək lazımdır”, — Yəhya Buçayev səfərin ilkin nəticələrini yekunlaşdırıb.
S. Mamayev