Rusiya hökuməti bu il regionlarda turizmin inkişafı üçün 11 milyard rubldan çox vəsait ayırıb. Vəsaitlərin ayrılması ilə bağlı sərəncamı Rusiyanın baş naziriMixail Mişustin imzalayıb.
Rusiya Federasiyasının “Turizmin inkişafı” dövlət proqramı çərçivəsində “Turizm infrastrukturununinkişafı” federal layihəsinin fəaliyyətinin həyata keçirilməsi üçün Dağıstan federal büdcədən 567,8 milyon rubldan çox vəsait alacaq.
Vəsaitlər dörd sahə üzrə bölüşdürülür:
turizm infrastrukturunun inkişafına yönəlmiş ictimaitəşəbbüslərin dəstəklənməsi üçün 132,1 milyon.
modul əsaslı olmayan yaşayış obyektlərinin (kempinq və avtomobil kempinqi) yaradılmasına 81,8 milyon
turizm infrastrukturunun inkişafına dövlət dəstəyinə103,9 milyon.
Şəhər mərkəzi turizm kodunun dizaynı üçün 250 milyon.
«Dövlət investisiyaları bütün sənayenin inkişafı üçünlazım olan və ölkə daxilində səyahətləri daha rahat və maraqlı etmək üçün nəzərdə tutulmuş ideyaları həyata keçirməyə imkan verəcək,» — Mixail Mişustin RusiyaFederasiyası Hökumətinin iclasında belə deyib.
G. Babayeva