Dağıstanın paytaxtı Mahaçqalanın mərkəzində sovet və Azərbaycan xadimi Heydər Əliyevin abidəsi ucaldılacaq Abidə Mahaçqalada Şamil prospekti ilə Maqomed Yaraqski küçəsinin kəsişməsində yerləşəcək. Bu barədə cümə axşamı şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:»Mahaçqala ərazisində, Şamil prospekti ilə Maqomed Yaraqski küçəsinin kəsişməsində görkəmli sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin abidəsinin ucaldılması planlaşdırılır». Qeyd olunur ki, hazırda Dağıstan sakinləri abidələr üçün təklif olunan iki variantdan birini seçirlər. Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olub. 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışıb. 1982-1987-ci illərdə — Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti oldu və 2003-cü ildə vəfatına qədər bu vəzifəni icra etdi.
RİA Dağıstan