Dağıstanın rəhbəri Sergey Melikov müvafiq orqanlarasənədlərin saxtalaşdırılması faktlarını istisna etmək üçün tədbirlər görməyi tapşırıb ki, bunun sayəsində respublikada qondarma yetimlər çoxalır. Bu barədə göstəriş oktyabrın 10-da respublikanın aktualməsələlərinə həsr olunmuş müşavirədə verilib.
Dağıstan Respublikası rəhbərinin mətbuat xidmətinin məlumatına görə, əvvəlcə Dağıstanın Təhsil və ElmNaziri Yəhya Buçayev yetimlərin sayının ildən-ilə artmasının səbəblərini əks etdirən hesabat təqdim edib. Sergey Melikov məruzəni dinlədikdən sonra sənədlərin saxtalaşdırılması faktlarını istisna etmək üçün tədbirlər görməyi aidiyyəti qurumlara tapşırıb.
Respublikanın Əmək və Sosial İnkişaf NaziriAbdurəhman Mahmudov təsdiq edib ki, idarəsinin apardığı yoxlama nəticəsində artıq bələdiyyələrin məhkəmə qərarı üçün saxta məlumatlar təqdim etməsi halları aşkarlanıb.
Nazirin sözlərinə görə, bütün faktlar sonrakı işlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına veriləcək. Mətbuat xidmətinin vurğuladığı kimi, kimsəsiz uşaqların sənədləşmə işləri xüsusi nəzarətdədir.
Qeyd edək ki, yetim nə qədər çox olarsa, bir o qədər də qayğı hakimiyyətin çiyninə düşür. Ən ağrılı və həlli mümkün olmayan məsələ bu kateqoriyadan olanvətəndaşların pulsuz mənzillə təmin olunmasıdır. 18 yaşına çatdıqdan sonra uşaqlar illərlə yaşayış yerigözləyirlər.