Dağıstanda taxıl və duyu məhsuldarlığının həcmi artırılıb

Bu barədə Dağıstan Respublikası hökumətininiclasında regionun baş naziri Abdulmuslim Abdulmuslimov məlumat verib. O bildirib ki, regionda biçin kampaniyası və qış səpinləri başa çatmaq üzrədir.

“Bütün sahələrdə müsbət tendensiya, bəzilərində isə gözləntilərdən yüksəkdir. Artıq taxıl və paxlalı bitkilərin, tərəvəz, meyvə və giləmeyvə yığımında yaxşı göstəricilər qeyd olunur.

Məsələn, artıq 228,3 min ton taxıl yığılıb ki, bu da nəticə etibarilə keşən ilə nisbətən 16 min ton çoxdur,əlverişli şəraitdən asılı olaraq biz bu il keçən ilə nisbətən 20 min ton çox ,yəni 140 min ton çəltik yığmağı planlaşdırırıq. Üzüm plantasiyalarının sahəsi də 878 hektar artırılıb.”