Cümə günü, martın 10-da Respublika Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Çin Xalq Respublikasından olan sahibkarlar – sənayenin müxtəlif sahələrində layihələr həyata keçirən «Jinjiang kelton outdoor product CO.LTD, со», şirkətinin sahibləri ilə görüşüb.
Dağıstan Respublikası başçısının və hökumətinin administrasiyasının mətbuat xidməti xəbər verir ki, Çindən qonaqlar regionun investisiya potensialını öyrənmək və respublikada həyata keçirilməsi üçün təklif olunan biznes layihələrinin sonrakı əlaqələndirilməsini öyrənmək üçün Dağıstana gəliblər.
Çinli investorlar Dağıstan tərəfinə həyata keçirdikləri layihələr barədə məlumat verib, həmçinin Rusiya Federasiyası, xüsusən Dağıstan Respublikası ilə qarşılıqlı əməkdaşlıq üçün ilkin təkliflərini təqdim ediblər.
Abdulmuslim Abdulmuslimov respublikanın iqtisadi sektorundakı vəziyyət barədə qonaqlara məlumat verib və mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın mümkün sahələri kimi kənd təsərrüfatı, yüngül sənaye, məişət və məişət məmulatlarının istehsalı sahələridir.
Respublikaya səfəri çərçivəsində Çin nümayəndə heyətinin bir sıra iri sənaye və kənd təsərrüfatı müəssisələrinə baş çəkməyi, investisiya obyektlərinə baş çəkməyi planlaşdırır.
S. Mirhəmidova