Dağıstanın baş naziri Özbəkistana işgüzar səfər edib

 

Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov mayın 27-də Rusiya Federasiyası və Özbəkistan Respublikasının Regionlar Şurasının iclasında iştirak edəcək. Rusiya və Özbəkistan Regionlar Şurasının iclası iki ölkənin liderləri — Vladimir Putin və Şavkat Mirziyoyevin rəhbərliyi altında keçiriləcək.

Şuranın iclasının keçirilməsində məqsəd iki ölkənin regionları, işgüzar dairələr və təşkilatlar arasında praktiki əməkdaşlığı genişləndirməkdir.Səfər zamanı həmçinin Özbəkistanın hakimiyyət orqanlarının nümayəndələri ilə bir sıra işgüzar görüşlərin keçirilməsi, Dağıstan hökuməti ilə Özbəkistan Respublikasının iki regionu arasında ticarət-iqtisadi, elmi-texniki və sosial-mədəni əməkdaşlıq haqqında sazişlərin imzalanması planlaşdırılır- Özbəkistan — Buxara vilayətinin və Namanqan vilayətinin hakimliyi.