DAGİSTANIN TƏBİƏTİ

                                  Avropanın ən böyük bulağı.

Qarabudaxkəndin əsas cazibəsi “Bekenez” içməli bulaq suyu mənbəyidir. Bu bulaq Avropada ikinci ən böyük su mənbəyidir. Qarabudaxkənd rayonunun və qismən də Kaspiysk sakinlərinin 30%-i buradan su alır.
Bir versiyaya görə, türk dilindən tərcümədə “bekenez” “halqa” mənasını verir (ətrafdakı dağlıq mənzərəyə görə), Karl Zalemanın “Kumık lüğəti”ndə isə “bekenez” sözü “şəlalə” kimi tərcümə olunur. .
Rayonun qocaman sakinlərinin rəvayətlərinə görə, bulaqda axın o qədər güclü olub ki, öküz suya düşərsə, çöp kimi sahilə atılarmış.
1938-ci ildə bulağın ətrafında tikili tikilib və bu gün də o, dayanıb. “Bekenez” praktiki olaraq strateji obyektdir, bura yad adamlar buraxılmır, amma turistlər üçün istisna edə bilərlər.
S. Salixova