Dağıstanın yanacaq-energetika kompleksinin inkişafı müzakirə olunub

Aleksandr Novak və Sergey Melikov Dağıstanın yanacaq-energetika kompleksinin inkişafını müzakirə ediblər

Bu gün Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və Dağıstanın rəhbəri Sergey Melikov arasında işgüzar görüş keçirilib.

Regionun enerji infrastrukturunun payız-qış mövsümünə hazırlanması məsələləri, o cümlədən perspektiv infrastruktur layihələri müzakirə olunub.

Belə ki, əsas mövzular arasında elektrik enerjisi obyektlərinin istilik mövsümünə hazırlığı, 2022-2025-ci illər üçün Dağıstan Respublikasının Elektrik Şəbəkəsi Kompleksinin etibarlılığının artırılması Proqramının icrası, eləcə də iqtisadi enerji müəssisələrinin və mənzil-kommunal təsərrüfatının inkişafı və regionda külək elektrik stansiyalarının tikintisi üzrə perspektiv layihələrəcac yer tutur.

Bu günə kimi respublikanın payız-qış mövsümünə hazırlığı 68 faizdir. 2022-2025-ci illər üçün elektrik şəbəkəsi kompleksininetibarlılığının artırılması üzrə davam edən proqram çərçivəsində 110/35 kV gərginlikli 30 yarımstansiyanın, o cümlədən 110/35/10 kVgərginlikli 54 hava xəttinin yenidən qurulması nəzərdə tutulur. 2022-ci ildə bu proqramçərçivəsində 35/110 kV-luq yarımstansiyalarda və 35/110 kV-luq hava xətlərində işlərin həcminin cəmi 1,87 milyard rubl olacağı gözlənilir. Qaz təchizatı obyektlərinin hazırlanması istiqamətində də bir sıra işlərin görülməsi nəzərdə tutulur.

Dağıstanda qazpaylayıcı şəbəkələrin və elektrikşəbəkəsi qurğularının konsolidasiyası üzrə də işlər davam etdirilir. Bərpa olunan enerjimənbələri sahəsində yeni layihələrə gəlincə, region “NovaWind” ASC ilə birlikdəMahaçqala, Novolaksk və Kumtorkalinskişəhərlərində gücü 315 MVt-a qədər olan külək elektrik stansiyalarının tikintisi üzrə investisiyalayihəsini həyata keçirməyi planlaşdırır. Bundanəvvəl Dağıstanla şirkət arasında əməkdaşlıq haqqında müqavilə bağlanıb. Tam layihə gücü2026-cı ilə planlaşdırılır.

Sergey Melikov Baş nazirin müavininə respublikanın inkişafının əsas göstəriciləri və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulanperspektiv layihələr barədə də məlumat verib. Bundan əlavə, Dərbənd şəhərinin 2025-ci ilə qədər kompleks inkişafı üzrə tədbirlər müzakirə olunub.

“Dağıstanlıların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı layihəni öhdəmizə götürsək də, biz həmişə Rusiya hökumətinin dəstəyini hiss edirik. Siz dəfələrlə respublikanın problemlərinin həllində şəxsən iştirak etmisiniz, buna görə dağıstanlılar sizə minnətdardırlar. Bizbaşa düşürük ki, bugünkü çağırışlara baxmayaraq, vətəndaşlarımızın rifahı, ocümlədən onların rahat yaşayış şəraiti — qaz, işıq, su, yollarla təmin olunması birinci yerdə olmalıdır ki, bu barədə bu gün müzakirə etdik.Və təbii ki, bizim üçün Dağıstana investisiyaların cəlb edilməsi vacibdir. Respublikanın çoxlu imkanları var. Bupotensialı açmaqda bizə kömək etdiyiniz üçüntəşəkkür edirik”, — Sergey Melikov bildirib.