“Soydaşımızın şücaəti hörmətə layiqdir, o, Vətənini şərəflə qoruyub. Qoy xatirə lövhəsi Abdurəhman Hacıyevin şücaət və qəhrəmanlığının yadigarına çevrilsin. Mən əsl vətənpərvər yetişdiyinə görə dərin hüznlə başsağlığı verirəm və minnətdarlığımı bildirirəm”, — Rusiya Federasiyası Dövlət Dumasının deputatı Artem Biçayev bildirib.
Dəliçoban tam orta məktəbində Ukrayna ərazisində xüsusi hərbi əməliyyat zamanı həlak olmuş baş leytenant Abdurəhman Xanmuradoviç Hacıyevin xatirəsinə ucaldılmış xatirə lövhəsinin açılışına həsr olunmuş matəm yığıncağı keçirilib. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü, Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin birinci müavini Artem Biçayev, Dərbənd rayon icra hakimiyyətinin başçısı Mövsüm Rəhimov, qohumları, sinif yoldaşları , müəllim və məktəb şagirdləri, biganə olmayan kənd sakinləri və Dəliçoban kənd ictimai təşkilatların nümayəndələri Qəhrəmanın xatirəsini ehtiramla yad etməyə yığışıblar. Abdurəhman Hacıyev hərbi borcunu yerinə yetirərkən şücaət və igidlik göstərmiş, ölkəmizin mənafeyini müdafiə etmişdir. Abdurəhman Hacıyev ölkəmizin fəxr etdiyi Rusiya döyüşçüsü, hərbi şücaətlərin qədrini bilən qəhrəmandır. Qəhrəmanlığına görə ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. Xatirə lövhəsinin açılışı hüququ Dərbənd rayonunun rəhbəri Mövsüm Rəhimov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Artem Biçayev və Abdurəhman Hacıyevin qardaşına həvalə olunub. “Dostumuz Abdurəhman Hacıyev əsl Qəhrəman idi. O, dövlətimizi və xalqımızı təhlükəsizliyimizə təhdidlərdən müdafiə edərək canını qurban verdi. Bu gün biz onun cəsarətini, fədakarlığını və yüksək xidmət ruhunu xatırlayırıq. Bu yaxınlarda Qələbə günündə mən və Abdurəhman Vətənin azadlığı uğrunda şəhid olanların şərəfinə ucaldılmış abidənin açılışını etdik və onu həmkəndlilərinə Abdurəhman özü hədiyyə etmişdi. O gün onu daha yaxından tanıya bildim və o gündən də onunla əlaqə saxlayırdıq. Bu, bizim hamımız, Dərbənd rayonunun sakinləri, onun birlikdə xidmət etdiyi, hazırda Ukraynada olan, Vətənimizin sərhədlərini, bizləri fədakarlıqla qoruyan, düşmənlərin Rusiya ərazisinə yaxınlaşmasına imkan verməyən hər kəs üçün əvəzedilməz itkidir. Vətən müdafiəçisinə əbədi, Qəhrəmana əbədi xatirə!”, – deyə Mövsüm Rəhimov bildirib. “Soydaşımızın şücaəti hörmətə layiqdir, o, Vətənini şərəflə qoruyub. Qoy xatirə lövhəsi Abdurəhman Hacıyevin şücaət və qəhrəmanlığının yadigarına çevrilsin. Mən əsl vətənpərvər yetişdiyinə görə dərin hüznlə başsağlığı verirəm və minnətdarlığımı bildirirəm”, — Rusiya Federasiyası Dövlət Dumasının deputatı Artem Biçayev bildirib. Toplaşanlar Qəhrəmanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasim gül dəstələrinin qoyulması ilə başa çatıb.
A. Məmmədova