Millət vəkili Osman Bulatov Ümumrusiya «istəklər ağacı» aksiyası çərçivəsində arzu olunan hədiyyə-kompüter və şirniyyat alan Mahaçqaladan olan 13 yaşlı Məryəm Maqomedovanın arzusunu Yerinə yetirdi.
Məryəm-Xüsusi Hərbi Əməliyyat zonasında hərbi borcunu yerinə yetirərkən həlak olan Aşurbəy Naşmetdinoviç Maqomedovun qızıdır.
Deputat Maqomedovlar ailəsini qarşıdan gələn Yeni İl münasibətilə təbrik edib, möhkəm cansağlığı, firavanlıq arzulayıb.
«Məryəmin gözlərində atası ilə fəxr etdiyini duydum . Həlak olanları geri qaytara bilmərik, ancaq qəhrəmanlarımızın uşaqlarına dəstək olmaq üçün əlimizdən gələni etməliyik. Məryəmin arzusunu yerinə yetirməkdən çox məmnun oldum. Alınan hədiyyələrdən uşaqların səmimi sevincli duyğularını görməkdən daha xoş bir şey yoxdur. Bu yeni ildə qəhrəmanlarımızın övladları cəmiyyətimizdə istilik və qayğı hiss etsin!»- deyə deputat qeyd edib.