DOĞMA YURDUM DAĞISTANIM

21- ci əsrin,21- ci il Dağıstan Respublikasında əlamətdar bir il kimi yadda qalacaq. Bu il, Dağıstan Respublikasının yaranmasının 100 illik yubileyi qeyd olunur. Və bu mphtəşəm yubiley il boyunca davam edəcəkdir. Respublikamızın bütün şəhər və rayonları, bu yubileyi qeyd edir. Dərbənd şəhər 8 nömrəli məktəbin ibtidai sinif müəllimi Aida Yəhyabalayevna Dadaşova Dağıstan Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş açıq dərs keçirdib. Dərsdə məktəbin şağirdləri Dağıstana həsr olunmuş şeirlər və mahnılar ifa ediblər. Respublikanın görkəmli yerlərindən ibarət, vidoçarxları göstəriblər. Dərs zamanı, kitablardan ibarət sərgi də hazırlayıblar. Şagirdlər sevə sevə Dağıstanımız haqqında bildiklərini söyləyiblər, Aida müəllimə uşaqlara Respublikamız nələrlə zəngin olduğunu vurğulayıb. O, uşaqlara vətəni necə sevib onu qorumaq lazım olduğunu öyrədir. Şagirdlər açıq dərsi, belə bir deyimlə bitiriblər. » Vətən bizsiz qala bilər, biz vətənsiz qala bilmərik». Şağirdlərdən biri, vətən mövzusunda tanınmış şair Zeynəb Dərbəndlinin » Dəmirqapı Dərbəndim» şeirini əzbər söyləyərək hər kəsi heyranedib. Ürəyi vətənlə döyünən və Vətəni sevə- sevə, uşaqlara sevdirən müəllimələrimizə eşq olsun. Vətəni uşaqlara belə sevdirən bilən dəyərli müəllimə, Aida Dadaşova Dağıstan Respublikasının ən qədim şəhəri Dərbənddə, ziyalı bir ailədə dünyaya göz açıb. Aida müəllimənin anası Arifə Sadıqovna qırx ildən artıq Dərbənd şəhər 3 nömrəli məktəbdə dərs deyir. Aida Yəhyabalayevna da, anası Arifə xanımın yolunun davamçısı olaraq, öz işinə ürəklə, sevərək yanaşan pedaqoqlardandır. Aidamüəllimə Dərbənd şəhər 3 saylı məktəbi əla qiymətlərlə bitirib sonra isə 1997- ci ildə Dərbənd pedaqoji texnikumunu bitirib və 2015- ci ildə İvanov Dövlət Universetini bitirib. Ali dərəcədə müəllimədi 23 illik iş təcrübəsi var. Respublika və şəhərarası yarışlarda iştirak edib. Onun şagirdləri Respublika olimpiadalarını və yarışmalarının fəal iştirakçılarıdır. Bu tələbkar müəllimə hər zaman öz məktəblərində keçirilən hər bir tədbirə öz şagirdləri ilədiqqətlə hazırlaşır. Və hər bir işində öz mükəmməliyini qoruyub saxlamağı bacarır. O, gördüyü işə həssas yanaşır, çalışır ki, gördüyü hər bir işində balaca da olsa qüsuru olmasın. Bu da, onun əsil vətənpərvər bir ziyalıların yetişdirməyinə məncə bir sübutdur.
A. Məmmədova