Dosluq və qardaşlıq


Dağıstan Azərbaycan qardaşlığı, dostluğu yüz illərdir ki, davam edir. Bu dostluğun ədəbi, siyasi birliyi hər zaman göz önündədir. May ayının 10-da, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Dağıstanın paytaxtı Mahaçqala şəhərində təntənə ilə qeyd edildi. Ondan əlavə də 28 may, Azərbaycan Respublika gününü də çox təmtəraqlı qeyd olundu. Azərbaycanda da, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi qeyd edilməkdədir. Bu da hər iki respublikanın, Rusiya və Azərbaycanın möhkəm dostluğunun sübutudur. Mən də bu dostluğa, qardaşlığa bir neçə şeir yazmışam, onlardan birini sizlərə təqdim edirəm. Bu şeirə, Azərbaycanlı gənc bəstəkar Elmir Mədətoğlu gözəl bir musiqi də bəstələyib. Və o mahnını mən, Mahaçqalada Heydər Əliyevin yüz illiyinə həsr olunan tədbird ifa etdim. Bu dostluğun, qardaşlığın möhkəm olmasını arzulayırıq. El, bir olanda güclüdür.

Dostluğ şeiri

Hər milləti qocağında bəsləyər,
Hamısına ana kimi can deyər,
Dost olmağa, doğmalığa səsləyər,
Bu belədir əzəlindən hər zaman,
Qardaş olub Dağıstan Azərbaycan

Əjdadımdan bizə miras qalıbdır,
Zəfərləri dünyaya səs salıbdır.
Bu millətlər həmişə bir olubdur,
Tarixlərdən yazılıbdır bu dastan.
Qardaş olub Dağıstan Azərbaycan.

Hər bir xalqın adəti dərin olub,
Ana sözü hər dildə şirin olub,
Laylaymız da dillər əzbəri olub,
Hər bir ana, övladlna deyir can,
Qardaş olub Dağıstan Azərbaycan.

Doğma olub, hər kəlmədə dedik can,
Qoy əsməsin başımızdan sis duman,
Bizdən örnək almalıdır bu cahan,
Yaranandan biz demişik cana-can,
Qardaş olub Dağıstan Azərbaycan.
«Dərbənd» respublika qəzetinin ştatdankənar müxbiri
Z. Dərbəndli